09 İyun 2022 01:41
1900
SİYASƏT
A- A+
Mütərəqqi islahatlar uğurlu nəticələr verir

Mütərəqqi islahatlar uğurlu nəticələr verir

 

İlham Əliyevin inkişaf siyasəti dövlətimizi qarşıda duran hədəflərə sürətlə çatdırır

 

Ötən həftə “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın 2022-ci ildəki makroiqtisadi göstəricilərini də diqqətə çatdırdı.

Beləliklə, bu ilin ötən dövrü ərzində ölkədə ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində isə 15 faizdən artıq olub. Dövlət başçısının dediyi kimi, bütün bunlar islahatların və toplanılan gəlirlərin yönləndirilməsinin təzahürüdür.

 

Pandemiyanın yaratdığı çətinliklər geridə qalıb

 

Son illər dünyanın bütün ölkələrində iqtisadi baxımdan çətinliklər yaşandı. Koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanması, xaricə gediş-gəlişin dayanması, turizmin kəskin azalması öz növbəsində bir çox dövlətlərin iqtisadiyyatlarına mənfi təsir göstərdi.  Ən böyük iqtisadi azalmalar isə bir çox ölkələrdə iqtisadi fəaliyyət sahələrinin öz işini dayandırması səbəbindən baş verdi.

Pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Lakin əvvəlki dövrlərdə olduğu kimi respublikamız bu böhrandan da üzüağ çıxdı və pandemiyanın iqtisadiyyatda dərin fəsadlara yol açmasına imkan verilmədi. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, pandemiya ilə əlaqədar iqtisadi göstəricilərin azalmasına, neftin qiymətinin dəfələrlə aşağı düşməsinə baxmayaraq, Azərbaycan dövləti bütün sosial proqram və layihələri həyata keçirməkdə davam etdi.

2020-ci ilin bütün ölkələr üçün iqtisadi sahədə ağır il olmasına baxmayaraq, Azərbaycan bu vəziyyətdən daha az itkilərlə çıxdı. Ötən il hələ dünyada cərəyan edən məlum pandemiya şəraitində Azərbaycan iqtisadiyyatı artım dinamikasına köklənməklə mühüm göstəricilərə imza atdı. Belə ki, Azərbaycanda  2021-ci ildə əvvəlki illə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olundu. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz artdı. Sənaye müəssisələri tərəfindən 2021-ci ildə 5,2 faiz çox məhsul istehsal olundu. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 20 faizə yaxın çox oldu. Valyuta ehtiyatlarımızda artım 2,2 milyard dollar təşkil etdi. Azərbaycanın ticarət əlaqələrinin müsbət saldosu 9,4 milyard dollar oldu. "Bu göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma bizim üçün bu, təbiidir. Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir", - deyə Prezident İlham Əliyev bildirib.

Makroiqtisadi uğurlar həm də ondan xəbər verir ki, Azərbaycan pandemiyanın yaratdığı çətinlikləri artıq geridə qoyub və 2021-ci il bu baxımdan mühüm mərhələ ili oldu.

 

Savaşdan yüksəlişə

 

Bütövlükdə 2021-ci il Azərbaycan üçün növbəti uğurlu mərhələ kimi tarixə düşdü. Dünyada davam edən və yeni formaları meydana çıxan müxtəlif böhranlar şəraitində Azərbaycanın ili uğurla başa vurması həyata keçirilən siyasətin düzgünlüyündən xəbər verdi ki, bu da  respublikamızda gedən iqtisadi proseslərin və islahatların məntiqi nəticəsi kimi tarixə düşdü.

Bütün bunlar həm də ondan xəbər verir ki, makroriqtisadi artım yüksək templə davam etdiriləcək və ölkəmiz 2022-cu ildə də iqtisadi sferada uğulara nail olacaq. Göründüyü kimi, iqtisadi artım nəiniki davamlıdır, hətta daha sürətlidir.

Azərbaycanın iqtisadi sferada nail olduğu artımlarla bağlı başqa bir mühüm məqam ondan ibarətdir ki, respublikamız bütün bu uğurlara müharibədən dərhal sonra nail olub. Dünya təcrübəsi göstərir ki, müharibədən çıxmış dövlətlər iqtisadi sahədə irəliləyişlərə dərhal nail ola bilmirlər, bunun üçün uzun illər lazım gəlir. Tarixdə müharibədən çıxmış bir dövlətin qısa zamanda iqtisadiyyatda artıma nail olunmasına rast gəlinməyib.

 Azərbaycanın müharibədən çıxmış ölkə kimi nail olduğu iqtisadi artımı ondan xəbər verir ki, respublikamızda münbit iqtisadi mühit yaranıb. Eyni zamanda müsbət iqtisadi göstəricilərin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin fonunda əldə edilməsi bir daha Prezident İlham Əliyevin iqtisadi strategiyasının  dövlətimizin qarşısında qoyduğu məqsədləri layiqincə  təmin etdiyini göstərir.  Bütövlükdə ötən ilin sosial-iqtisadi yekunları göstərdi ki, Azərbaycan öz daxili imkanları hesabına qısa zamanda yüksəlişə nail olmağı bacaran dövlətdir.

Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının "Dayanıqlı inkişaf-2022" hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb. Ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə (55-ci yer) 2022-ci ilin hesabatında 5 pillə irəliləyərək dünyada hər üç ölkədən ikisini qabaqlayıb və bu göstəriciyə əsasən Cənubi Qafqaz regionunda liderdir.

 Bütün bunlar respublikamızda gedən düzgün iqtisadi proseslərin və həyata keçirilən mütərəqqi islahatların nəticəsidir. Başqa cür desək, bütün bu iqtisadi uğurlar şəffaflaşmanın, korrupsiya ilə mübarizənin, bürokratik əngəllərin aradan qaldırılmasının, maliyyə nizam-intizamının təmin edilməsinin, investisiya mühitinin daha da sağlamlaşdırılmasının bəhrələridir. Göründüyü kimi, Prezident İlham Əliyevin inkişaf siyasəti dövlətimizi qarşıda dayanan bütün hədəflərə uğurla çatdırır.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!