“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri”
Ötən gün Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı Yunus Əmrə İnstitutunun "Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda birgə keçirdiyi elmi-praktik konfrans baş tutub.
Aİİ-nin rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfransda bildirib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. İnstitut rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir: "Son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında onun əhəmiyyətinin artırılması, elmi fəaliyyətin stimullaşdırılması sahələrində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib. Elmi fəaliyyətin təşkili, idarə edilməsi, inkişafı, innovasiya fəaliyyətinin dəstəklənməsi və nailiyyətlərin stimullaşdırılması sahələrində xeyli irəliləyiş və yeniliklər olub”.
İnstitut rəhbəri qeyd edib ki, Aİİ yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.
C.Məmmədov islam dininin müsəlmanları elm öyrənməyə, biliklərini artırmağa təşviq etdiyini bildirib. Azərbaycanlı alimlərin - Şeyx Məhəmməd Bakuvi, Seyid Yəhya Bakuvi, Nəsirəddin Tusi, Əcəmi Naxçıvani kimi alimlərin islam mədəniyyətinin formalaşmasında yaxından iştirak etdiyini vurğulayıb.
İslam dünyası ixtiraları ilə elm tarixində iz qoyan görkəmli mütəfəkkirlər yetişdirib
Bakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Cihan Özdemir vurğulayıb ki, islam dünyası bu günədək ixtiraları ilə elm dünyasına işıq salmağı bacaran, elm tarixində iz qoyan görkəmli mütəfəkkirlər yetişdirib. Dünyanın bir çox müsəlman ölkəsində fəaliyyət göstərən bu elm adamları bugünkü tərəqqinin bünövrəsəni təşkil edirlər.
Professor Fuat Sezgin, İslam Elm Tarixi Araşdırmalar Vəqfinin sədri Mecit Çetinkaya islam dininin elmə verdiyi önəmdən söhbət açaraq müsəlman alimlərinin dünya elminə bəxş etdiyi töhfələrdən danışıblar. İslam elm adamlarının tanınmış simalarından biri Fuat Sezgin haqqında danışan M.Çetinkaya qeyd edib ki, alimin vəfatından sonra Türkiyə Respublikasında bu il "Fuat Sezgin ili” elan olunub.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov VIII-XIII əsrlərdə islam ölkələrində elmə verilən böyük qiymət sayəsində bir sıra alimlərin yetişdiyini və onların dünya mədəniyyətinə böyük töhfələr verdiyini diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev islamın meydana gəldiyi dövrdən etibarən savadsızlığa, cəhalətə, mövhumata qarşı mübarizə apardığını, müsəlmanları elmə, təhsilə, maariflənməyə, onu yaymağa, alimlərə hörmət bəsləməyə çağırdığını vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin dini məsələlər üzrə müşaviri Zeki Yavuzyılmaz qeyd edib ki, tarixən iki qardaş ölkədə müsəlman alimlər yaşayıb, onlar dünya elminə töhfələrini veriblər.
Böyük müsəlman mütəfəkkirləri, alimləri gənc nəslə tanıdılır
Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva mövzunun aktuallığına və əhəmiyyətinə toxunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov böyük müsəlman mütəfəkkirlərinin, alimlərinin gənc nəslə tanıdılması istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Kırıkkale Universitetinin rektoru, "Fuat Sezgin ili” layihələrinin koordinatoru professor Ersan Aslan, Kırşehir Ahi Evran Universitetinin rektoru professor Vatan Karakaya, Əhməd Yasəvi Universiteti İdarə Heyətinin sədri professor Musa Yıldız mövzu ətrafında məruzələrini davam etdiriblər. "Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilən tədbiri yüksək qiymətləndirib, Türkiyə Respublikasında da bu il sözügedən mövzuda müxtəlif tədbirlərin həyata keçirildiyini, professor Fuat Sezginin islam mədəniyyətinə və dünya elminə göstərdiyi xidmətlər haqqında danışıblar.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!