15 Fevral 2022 00:45
12246
CƏMİYYƏT
A- A+
Müşavir

Müşavir

 

Səhər işə gələndə hamı kimi biz də ilk növbədə təzə xəbərlərlə tanış oluruq. Lap “yağımız daşsa da”, üstəlik, çörəyimiz xəbərdən  çıxdığı üçün ictimai əhəmiyyət daşıyan bir xəbəri belə gözdən qaçırmamağa çalışırıq. Və həmin xəbərlər sırasında ən çox diqqətimizi çəkənlərdən biri də, etiraf edirik, kimin hansı vəzifəyə təyin, yaxud hansı vəzifədən azad olunmasıdır. 

Hətta bir dəfə marağa təyin edilən vəzifələrin statistikasını aparmışdıq. Siz bilən, bu hansı vəzifə olsa, yaxşıdır? Əlbəttə, müşavir.

Bunu biləndən sonra kiçik bir araşdırma etdik. Sən demə, bu gün Azərbaycanda o nazir, sədr, rəis, müdir və ümumiyyətlə, möhürlü, katibəli bir kimsə yoxdur ki, müşaviri olmasın. Özü də bir yox, iki yox, saysız-hesabsız. Əcəba, bu müşavir, necə deyərlər, nəmənədir ki, “yuxarıdakı”lar onlarsız işlərini yola verməyi bacarmırlar.

Biz bilən, bu müşavirlərin harada və kimə müşavirlik etmələrindən asılı olmayaraq, cavabdehlik etdikləri, məsuliyyət daşıdıqları elə bir konkret sahə yoxdur. Əgər kimsə desə ki, filan müşavirə filan sahə tapşırılıb, inanın ki, bu vəzifə bölgüsü formaldır. Çünki həmin nazirlikdə və ya komitədə, ASC yaxud QSC-də bu işə baxan müavindən tutmuş köməkçiyə, departament direktorundan başlamış şöbə rəisinəcən o qədər vəzifəli şəxslər var ki... Hələ həmin işi birbaşa icra edən sıravi əməkdaşları demirik.

Yaxşı, belədirsə, ilin-günün bu vaxtında - ermənilər tərəfindən yerləyeksan edilmiş Qarabağ və Şərqi Zəngəzur boyda ərazilərimizin dirçəldilməsi, yenidən insan yaşayışı halına salınması üçün hər qarışına ətək-ətək vəsait lazım olduğu zamanda mərkəzi icra orqanlarında bu nə bədxərclikdir ki, lazımsız və limitsiz müşavir ştatları saxlayırlar?! Müşavirlərin heç təxmini də olsa orta aylıq əməkhaqlarını bilmirik. Bildiyimiz yalnız odur ki, həmin məbləğ az deyil və onunla işğaldan azad olunmuş ərazilərdə ən azından daşı daş üstünə qoymaq mümkündür.

Bu gün ölkədə büdcə vəsaitlərinə ciddi nəzarət var. Maliyyə Nazirliyi və Hesablama Palatası büdcənin hər qəpiyinin hesabını aparır. Belə olmasaydı, məsələn, büdcə hesabına hətta rəsmi materiallar dərc edən qəzetlərə abunə yazılmaq qadağan edilməzdi, baxmayaraq ki, qanunları və onlara edilən dəyişiklikləri, Prezidentin fərman və sərəncamlarını, hökumətin qərar və qaydalarını dərc edən həmin nəşrlər dövlət qurumlarında çalışanlara hava-su kimi lazımdır. Yaxşı, həmin maliyyə-nəzarət orqanları görmürlər ki, bir nazirin sayını itirdiyi qədər müşaviri var və onlar nəinki heç bir işlə məşğul olmurlar, hətta bir çoxu günlərlə işə gəlmir, yəni “ölü can”lardır?! Hələ ola bilsin “çox hörmətli müşavir”in katibəsi, köməkçisi, xidməti avtomobili, sürücüsü var, özü də dövlət büdcəsi hesabına.

Yeri gəlmişkən, qeyd edək ki, belələri üçün müşavirlik tramplindir, hərçənd işdən çıxarılıb müşavirliyə endirilənlər də var. Onlar üçünsə bu bekar vəzifə rahat “cərimə meydançası”dır. Əlqərəz, hər nədirsə, büdcəyə lazımsız yükdür, özü də əməlli-başlı. Söz düşmüşkən, yaxın vaxtlarda bizdə nazir var idi ki, özünə nə az-nə çox, düz 10 müşavir təyin etmişdi, hamısı da dost-tanışı, qohum-əqrəbası.

Kimsə deyə bilər ki, balam, nə düşmüsünüz bu müşavirlərin üstünə, məgər başınıza gərəksiz vəzifələr, şişirdilmiş ştat vahidləri qəhətdir? Üstəlik də, əlavə edər ki, heç bilirsiniz müşavir nədir, yaxud kimdir və nə işlə məşğul olur?

Biz də sual altında qalmamaq üçün etməyib tənbəllik Azərbaycan dilinin izahlı lüğətini vərəqləyib “müşavir” sözünün mənası ilə maraqlandıq. Sən demə, müşavir “məsləhətçi” deməkmiş. Bilmirdik ki, nazirə, sədrə, rəisə bu sayda məsləhət verən lazımmış. Məsləhətlə bağlı isə bizdə çox atalar sözü və lətifələr var. Məsələn, “Məsləhətli don gen olar” kimi. Bu atalar sözünü mövzumuza uyğunlaşdırsaq, təxminən belə alınar: “Məsləhətçisi çox olan nazirliyin büdcəsi gen gərək”.

Yaxşı, zarafat bir yana, məgər nazirin əlinin altında ona məsləhət verə bilən müavinləri, köməkçiləri, departament direktorları, şöbə müdirləri və saysız-hesabsız başqaları azlıq edir ki, əlavə məsləhətçilər (müşavirlər) də saxlayır?! Üstəlik, nazirə hətta məsləhəti də başqaları verirsə, onda özü nə ilə məşğul olur?! Belə çıxır ki, heç nə ilə?

 

Raqif MƏMMƏDLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

21:48
29 Sentyabr

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

20:59
29 Sentyabr

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

20:59
29 Sentyabr

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

19:48
29 Sentyabr

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

19:37
29 Sentyabr

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib  

18:59
29 Sentyabr

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

18:57
29 Sentyabr

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

18:48
29 Sentyabr

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

18:34
29 Sentyabr

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib  

18:09
29 Sentyabr

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

17:57
29 Sentyabr

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb  

17:44
29 Sentyabr

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

17:34
29 Sentyabr

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib  

17:11
29 Sentyabr

Ələt Azad İqtisadi Zonasına Malayziyadan investor marağı

17:08
29 Sentyabr

Torpağın sərhədlərini müəyyənləşdirmək artıq bir neçə kliklə mümkündür

17:04
29 Sentyabr

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir  

16:59
29 Sentyabr

Fabriklərdə işləyən robotların sayı rekord həddə çatıb  

16:53
29 Sentyabr

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb  

16:48
29 Sentyabr

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

16:38
29 Sentyabr

Sabah yağıntılar kəsiləcək

16:37
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!