"Mühasibat uçotu haqqında" və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; 2019, № 1, maddə 28, № 4, maddə 599, № 5, maddə 797, № 8, maddə 1365; 2021, № 1, maddə 6, № 12, maddə 1298; 2023, № 4, maddə 453, № 8 (I kitab), maddə 1105) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12.3-cü maddədə "İctimai" sözü "Dövlət sirri haqqında" və "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai" sözləri ilə əvəz edilsin;
1.2. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"15.1. Mühasibat uçotu sənədlərində dövlət sirri və (və ya) kommersiya sirri hesab edilən məlumatlar olduqda, bu məlumatların açıqlanması "Dövlət sirri haqqında" və "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.".
Maddə 2. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 882; 2006, № 2, maddə 65, № 11, maddə 925; 2008, № 8, maddə 699; 2013, № 6, maddə 596; 2014, № 7, maddə 762; 2015, № 5, maddə 492; 2018, № 7 (I kitab), maddə 1401, № 11, maddə 2222; 2022, № 5, maddə 430; 2023, № 1, maddə 21) 5.2.4-cü maddəsində "məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələr, onların" sözləri "məhsulların işlənib hazırlanmasını, istehsalını, ixracını, satışını, habelə onların istehsalının, ixracının, satışının təşkilini həyata keçirən müəssisələr və onların maliyyə hesabatları," sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib
09 May
Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlar...
09 May
İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik ...
09 May
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək
09 May
Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq
09 May
Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq ...
09 May
Azərbaycan sabitlik və iqtisadi möcüzələr yaradan ölkədir
09 May
Azərbaycan Ermənistanla müharibə aparmaq istəmir
09 May
Azərbaycan güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar
09 May
Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!