14 Fevral 2026 14:52
416
SİYASƏT
A- A+
Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib

Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib

Fevralın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik, birləşmə komandirlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda cari ildə görülmüş işlərin nəticələri təhlil edilib və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışıb, Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb. Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə yüksəlməsində və regionun qlobal güc mərkəzinə çevrilməsində ölkəmizin müdafiə potensialının mühüm rol oynadığını xüsusi qeyd edib.

General-polkovnik Z.Həsənov 8 Noyabr - Zəfər Günündə Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin digər strukturları ilə birgə keçirdiyi Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda nümayiş etdirilən nümunəvi nizam-intizamın və hərbi qüdrətin, eləcə də texniki təminatın Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə bildirib.

Müdafiə naziri bildirib ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsinin təşkili, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi, qoşunların əməliyyat imkanlarının və döyüş qabiliyyətinin artırılması, eləcə də müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına daxil edilməsi istiqamətində tədbirlər ardıcıl və uğurla həyata keçirilir.

Kollegiya iclasının sədri Z.Həsənov 2025-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətində qanunazidd hərəkətlərin qarşısının alınmasında və korrupsiya ilə mübarizədə, eləcə də əks-kəşfiyyatın təşkilində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının, Dövlət Təhlükəsizlik Xidmətinin və Hərbi Prokurorluğun rəhbərliklərinin dəstəyini xüsusi qeyd edərək, bu istiqamətdə görülən birgə tədbirlərin cari ildə də davam etdiriləcəyini kollegiya iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Azərbaycan Ordusunda 2025-ci il ərzində həyata keçirilmiş xidməti-döyüş fəaliyyəti ətraflı şəkildə təhlil olunub. Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar qətiyyətlə davam etdirilib.

Kollegiya iclasında çıxış edənlər ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 15 ikitərəfli və çoxtərəfli beynəlxalq təlimlərdə iştirak etdiklərini bildiriblər. Müxtəlif növ hərbi təlimlərin və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi nəticəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldiyi vurğulanıb.

Qeyd olunub ki, 2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib. Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib. Azad olunmuş ərazilərdə həyata keçirilən mühəndis-istehkam tədbirləri, yeni yolların çəkilməsi, eləcə də hərbi infrastrukturların yaradılması istiqamətində görülən işlər kollegiya üzvlərinin diqqətinə çatdırılıb. Məruzə olunub ki, 2025-ci il ərzində Mühəndis-istehkam bölmələri və digər dövlət qurumları ilə birgə 79 kilometrədək yeni yol inşa edilib, 67 kilometrədək yol qardan təmizlənib, 571 kilometrdən artıq yol isə bərpa edilib. Şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi, praktiki məşğələlərin səmərəliliyinin artırılması və nizam-intizamın daha da gücləndirilməsi məsələlərinə xüsusi önəm verildiyi qeyd olunub.

Bildirilib ki, Azərbaycan Ordusunda qoşunların müəyyən edilmiş normalara uyğun olaraq vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması təmin olunub. Hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla fasiləsiz təchiz edildiyi vurğulanıb.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq və odun ehtiyatlarının normalara uyğun yaradılması, hərbi qulluqçuların isti geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminat sahəsində qarşıya qoyulan məqsədlərə ötən il ərzində nail olunduğu diqqətə çatdırılıb.

Daha sonra hərbi təhsil sistemində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib. Hərbi akademik təhsil sisteminin müasirləşdirilməsi məqsədilə hərbi qulluqçular üçün bir sıra yeni kursların təsis edildiyi, hərbi uçot ixtisasları ilə ali təhsil proqramları arasında uyğunluğun təmin olunması məqsədilə yeni ixtisasların açıldığı bildirilib.

İclasda Azərbaycan Ordusunun nümayəndələrinin ölkə xaricində və daxilində bir sıra akademik və strateji kurslarda iştirak etməsinin peşəkar kadr hazırlığına müsbət təsir etdiyi xüsusi vurğulanıb.

Şəxsi heyətin komplektləşdirilməsi sahəsində də ötən il ərzində bir sıra yeniliklərin tətbiq edildiyi, eləcə də ştatların optimallaşdırılması məqsədilə Azərbaycan Ordusunda müvafiq struktur dəyişikliklərinin aparıldığı qeyd olunub.

Kollegiya iclası zamanı vəzifəli şəxslərin 2025-ci ilin yekunları və gələcək planlarla bağlı fikir və təklifləri dinlənilib.

Yekun çıxışında general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyəti və ötən il ərzində əldə etdiyi nailiyyətlərin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlığın, eləcə də birgə təlimlərin regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Nazir 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərdən bəhs edərək şəxsi heyətin peşəkarlığının artırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinə, təlim və səhra məşğələlərinin intensivliyinin artırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanın mənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə də innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb.

Ayıq-sayıqlığın təmin olunması məqsədilə döyüş növbətçiliyi və qoşun xidmətinin təşkilinə daha məsuliyyətli yanaşmaq ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının, qış mövsümündə havaların soyuması ilə əlaqədar mövsümi respirator virus infeksiyalarından qorunma tədbirlərinin gücləndirilməsinin zəruriliyi xüsusi qeyd edilib.

Müdafiə naziri qış aylarında Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarətin həyata keçirilməsini, hərbi hissələrdə yaradılan bütün növ ehtiyatların daima nəzarətdə saxlanılmasını, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını, eləcə də psixoloji və tibbi təminat məsələlərinin diqqət mərkəzində olmasını aidiyyəti vəzifəli şəxslərə tapşırıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi kollegiya iştirakçılarının diqqətinə çatdırılıb.

Kollegiya iclasının sonunda müdafiə naziri 14 fevral - Hərbi Hava Qüvvələri Günü münasibətilə şəxsi heyəti təbrik edib. Azərbaycan Ordusunun bundan sonra da Ali Baş Komandanın və xalqımızın etimadını layiqincə doğruldacağına əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!