Müasirlik içində qüsur gözə daha tez çarpır...
Moskvada yaşayıram. Vətənə mütəmadi olaraq gəlir, qohum-əqrəbama baş çəkirəm. Hər dəfə də günü-gündən çiçəklənən məmləkətimizdən, müasirləşən paytaxtımızdan zövq alıram. Dinamik inkişaf və Bakının modernləşən görkəmi hər dəfə məni valeh edir.
Adətən, təyyarə ilə gəlirəm. Yeni aeroport bir aləmdir. Dünyanın ən komfortlu, müasir hava limanlarından biridir. Hava limanlarında, eləcə də bir sıra sosial obyektlərdə müasir şərait və mədəni xidmət adi normaya çevrildiyindən nadir hallarda üzləşdiyim neqativ hallar məndə də təəssüf hissləri doğurur.
Bu yaxınlarda Bakıya təyyarə ilə gəlsəm də, geri qatarla qayıtdım. Dəmiryolu vağzalında da xeyli xoş yeniliklərlə üzləşdim: Azərbaycana məxsus yeni qatar son dərəcə rahat idi. Sanki qatarda deyil, təyyarədə idim, özü də daha geniş imkanlarla. Qatar bələdçiləri də gülərüz simaları və xidmət mədəniyyətlərilə rəğbət oyadırdılar.
Amma xoş təəssürata xələl gətirən detal da oldu. Bu hal məni on illər əvvələ apararaq o zamanın mənfi emosiyalarını xatırlatdı. Dəmiryol vağzalının perronunda yenə də əllərində müxtəlif dövlətlərin valyutası ilə var-gəl edən “köhnə” simalar ənənəvi “rus pulu, dollar...” ifadəsi ilə özlərinin valyutadəyişmə xidmətlərini təklif edirdilər. Özü də heç kimdən çəkinmədən. Unutmayaq ki, sərnişinlər, xüsusilə əcnəbi qonaqlar üzləşdikləri kiçik qüsurları belə tez görüb qabartmağa daha meyilli olurlar...
Təbii ki, vağzallarda, hava limanlarında valyutadəyişmə zəruri xidmət növlərindəndir. Amma bu xidmət də digərləri kimi leqal və müasir tələblər əsasında qurulmalıdır.
Əli MƏMMƏDOV,
Moskva
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
Azərbaycanda ilk dəfə Milli Xalça Festivali keçiriləcək
29 Aprel
Prokurorluq Robert Koçaryanın əmlakının müsadirə olunmasını tələb edib
29 Aprel
İraqın şimalında daha 15 terrorçu zərərsizləşdirilib
29 Aprel
Qırğızıstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır
29 Aprel
Türkiyə səhm bazarı tarixi maksimuma yüksəlib
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!