Motorola yeni smartfonlarını təqdim edəcək
İyunun 1-də “Motorola” şirkəti qatlana bilən qapaqlı “Motorola RAZR” smartfon seriyasının yeni modellərini təqdim edəcək. Söhbət “Motorola RAZR 40” və “RAZR 40 Ultra” telefonlarından gedir.
Şirkət yeni məhsullarının fotolarını təqdim edib. Fotolarda “Motorola RAZR 40 Ultra”nın xarici ekranının istifadə imkanları əks olunub. Məlumatlara əsasən, smartfon 3,6 düym ölçülü xarici OLED ekranla təchiz olunacaq və o, arxa panelin yuxarı hissəsinin bütün sahəsini əhatə edəcək. Xarici ekran vasitəsilə telefonun demək olar ki, bütün funksiyalarından istifadə etmək mümkün olacaq. Belə ki, onun xarici ekranı vasitəsilə video izləmək, musiqini idarə etmək, mesajlara cavab vermək, xəritədən istifadə etmək və hətta müxtəlif mobil oyunları oynamaq mümkün olacaq.
Qeyd etmək lazımdır ki, “Motorola RAZR 40 Ultra”nın “Snapdragon 8+ Gen 1” prosessoru vasitəsilə çalışacağı və özündə 13 MP + 12 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirəcəyi bildirilib.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
25 Aprel
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may a...
25 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNİB ...
25 Aprel
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəz...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi...
25 Aprel
Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkand...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNİB ...
25 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iş...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!