Modul tipli məktəblərin üstünlüyü var
Ölkəmizin hər yerində olduğu kimi, Zaqatalada da yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil sevinci hiss olunmaqdadır. Bu sevinc istər məktəb kollektivlərində, istər məktəbli ailələrində özünü göstərir.
Rayonun Uzunqazmalar kəndində olan sevinc isə tam fərqlidir. Burada dövlət dəstəyi ilə tikilən 60 nəfərlik müasir, modul tipli ümumi orta məktəb şagirdlərin ixtiyarına veriləcək. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova bildirdi ki, həmin məktəb 1950-ci ildə istifadəyə verilmişdi, əslində, uyğunlaşdırılmış binada yerləşirdi. 11 müəllimin çalışdığı həmin məktəbdə şərait heç də arzuolunan səviyyədə deyildi. Ona görə də yeni məktəb lazım idi.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasındadır. Həmçinin qəza vəziyyətində olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulur.
Öyrəndik ki, Zaqatalada 67 ümumtəhsil məktəbi var ki, onlardan 49-u tam orta, 14-ü ümumi orta, 4-ü isə ibtidaidir. Rayonda Azərbaycan dilində 57, rus dilində 1, Azərbaycan-rus dillərində isə təlim aparılan 6 məktəb fəaliyyət göstərir. Daha 2 məktəbdə isə Azərbaycan-gürcü (ingiloy) dillərində təlim aparılır. 11 məktəbin I-IV siniflərində avar, 5 məktəbin I-IV siniflərində isə saxur dili tədris olunur. 60 məktəbdə tədris bir, 6-sında isə ikinövbəlidir.
Aldığımız məlumata görə, Zaqatalada ümumtəhsil məktəblərində 2377 müəllim 16372 şagirdin təlim-tərbiyəsi və tədrisi ilə məşğul olur. Fərdi təhsilə cəlb olunanlar da az deyil: 122 nəfərdir. Rayonda 2487 şagirdi əhatə edən 41 məktəbəqədər təhsil müəssisəsi var.
2016-2017-ci tədris ilində tam orta təhsil müəssisələrini 1118 şagird bitirib. 503 nəfər ali təhsil müəssisələrinə sənəd verib. Məzunlardan 401 nəfəri tələbə adını qazanıb ki, onlardan 19-u 600-dən, 46 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Son 3 ildə rayon məktəblilərinin məzunlarından 7-si qızıl medal alıb. Bu il də Ş.Qurbanov adına şəhər 3 nömrəli tam orta məktəbinin
şagirdi Yusifli Səyyad Sahib oğlu qızıl medala layiq görülüb.
Zaqatala məktəblərində çalışan müəllimlərin də pedaqoji fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, son illər onlardan 7-si “Əməkdar müəllim” fəxri adına, 9-u “Tərəqqi” medalına, 16 nəfəri isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.
Son 5 ildə Zaqatala rayonundan ali məktəblərə 1864 məzun qəbul olunub ki, onlardan 188 nəfər xaricdə təhsil alanlardır. 89 məzun ali məktəblərə qəbulda 600-dən yuxarı bal toplayıb ki, onlardan da 19 nəfəri bu ilin payına düşür.
Əli SƏLİMOV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!