12 Sentyabr 2023 11:00
815
İQTİSADİYYAT
A- A+
Mirvari düzümlü Şabran üzümü

Mirvari düzümlü Şabran üzümü

Rayonun 16 kəndində üzümçülük əhalinin əsas məşğuliyyət sahəsidir

 

Şabranın torpağı bərəkətlidir.  Rayon ərazisində yetişməyən məhsul yoxdur. Üstəlik camaatı da işləyəndir. Tənbəllik nədir bilməzlər. Odur ki, rayonda  aqrar sahənin  inkişafı ilbəil sürətlənir, kəmiyyət və keyfiyyətcə yeni mərhələyə keçir. 
Dirçəldilən, inkişaf edən sahələrdən biri də üzümçülükdür. Şabranda üzümçülüyün qədim ənənəsi  var. Hələ sovetlər dönəmində bu yerlərdə üzüm bağlarının ərazisi min hektarlarla ölçülərdi. Rayonda iki şərabçılıq zavodu fəaliyyət göstərirdi. İndi dövlət səviyyəsində vaxtilə məlum səbəbdən tənəzzülə  uğramış üzümçülüyün dirçəlməsi üçün görülən tədbirlər bu sahənin inkişafına  əlverişli şərait yaradır. Nəticədə bu gün Şabranda 415,9 hektar üzüm bağları var. Bunun 283,4 hektarında süfrə, 132,5 hektarında şərab üzümü  yetişdirilir.
 Ümumiyyətlə,  rayonun  iqtisadiyyatında  üzümçülüyün öz yeri var. Ağ və Qara kişmişi, "Ağadayı", "Mirəndi", "Təbrizi" və sair sortlar bu yerlərdə geniş yayılıb. Son beş ildə isə rayon fermerləri xarici ölkələrdən də yeni üzüm sortları  gətirib sınaqdan keçiriblər. Özbəkistandan gətirilən "Gəlinbarmağı" üzüm sortu  artıq  özünü doğruldub. Bu sort həm məhsuldarlığı, həm də budaqlarının möhkəmliyi sayəsində əkin zamanı   az əmək tələb etməsi ilə seçilir. Digər  bir sort isə İspaniyadan gətirilib. Onun  da məhsuldarlığı yüksəkdir. Bir salxımı  bəzən 7-8 kiloqram gəlir.  
Məhsuldarlıqdan söz düşmüşkən, bu gün rayon üzrə üzümçülükdə orta məhsuldarlıq 30-35 tondur. Amma, məsələn, Moldova və Belarusda bu göstərici 70 tona yaxındır. Şabran fermerləri də bu həddə çatmaq istəyirlər, sözsüz ki, məhsuldar sortlar hesabına.
Şabranda iri üzümçülük təsərrüfatları fəaliyyət göstərir. "Vinneru-Soarb" MMC-nin torpaq sahələri əsasən Ağbaş kəndindədir. MMC 121 hektar üzüm sahəsinin cəmi 10 hektarında süfrə üzümü yetişdirir. Yerdə qalan ərazilərdə texniki sortlar əkilib. Müəssisənin  məhsulu  əvvəlki illərdə Belarus, Ukrayna və Rusiyaya  ixrac olunurdu  və fermer təsərrüfatı bundan xeyli gəlir götürürdü. Hazırda mövcud şəraitlə əlaqədar məhsulun yalnız bir hissəsi ölkədən kənara çıxarılır. Yerdə qalan məhsul yerli emal müəssisələrinə verilir. 
"Zaman" və  "Turaz"  MMC-lər də uzun illərdir üzümçülüklə məşğul olurlar. Gandov və Dəvəçi kəndlərində yerləşən bu müəssisələr 44 hektar ərazidə  əsasən süfrə üzümü yetişdirirlər. "Turaz" MMC-nin ərazisində 12 min tonluq saxlama kamerası da var. Burada təkcə Şabranın  deyil, ətraf rayonların da üzümçüləri  yetişdirdikləri məhsulu saxlayırlar. Özü də təkcə üzüm yox, həmin soyuducu anbarlarda digər meyvələr də saxlanılır və bütün fəsillərdə olduğu kimi qalır. 
 Şabran  camaatı öz şəxsi təsərrüfatlarında da üzüm yetişdirməyə  böyük maraq göstərir. İlk salınan bağlara görə dövlət tərəfindən verilən subsidiya sahibkara bağını becərməkdə  kömək olur. Əkilən tinglərin qısa bir zamanda məhsula düşməsi, sortun məhsuldar olması da üzümçüyə əlavə stimul verir.
Məlumdur ki, təzə əkilən  üzümün  gələcək məhsuldarlığı texniki qaydalarla becərilməsindən çox asılıdır. Bu işdə   Şabran  bağbanlarına dağlıq və Aran ərazilərdə üzüm becərmək təcrübəsi   çox kömək  edir. Yeri gəlmişkən deyək ki, fermerlərə dərman pereparatları da vaxtında çatdırılır.    
 Yerli fermerlər həmçinin respublikanın iri ticarət mərkəzləri ilə əlaqə yaradırlar. Məsələn, Taxtalat kəndində 9 hektar ərazidə üzüm yetişdirən Əhməd Səmədov məhsulunu əsasən Bakı  və Sumqayıtın ticarət mərkəzlərində satır. O, növbəti ildə üzüm bağını bir qədər də genişləndirmək fikrindədir.  Məhsul vaxtında satılırsa və fayda gətirirsə, əlbəttə, bağı  genişləndirməyə  dəyər. 
Şabranın 16 kəndində üzümçülük əhalinin əsas məşğulluq sahələrindəndir. Amma yeni plantasiyaların salınması davam edir. Hazırda  şabranlılar yeni bağlar salmağı planlaşdırıblar. Üzümüzə gələn qış fəslindən artıq bu işin başlanacağı gözlənilir. 

Akif ƏLİYEV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!