10 May 2025 08:40
388
CƏMİYYƏT
A- A+
Mingəçevirdə Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanmışdır

Mingəçevirdə Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanmışdır


Mingəçevirdə ŞİH və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirən, müstəqil dövlətimizi qüdrətləndirən tarixi şəxsiyyətdir" mövzusunda konfrans keçirilib. 

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Əli Hüseynli, şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbir Ulu Öndərin abidəsini ziyarətlə başlayıb. Mingəçevir Dövlət Dram Teatrında davam edən konfransda ŞİH-in başçısı İlham İsmayılov "Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti müasir dövlətçiliyimizin uğurlarının əsasıdır" mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir: "Azərbaycan xalqı yeni əsrə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Ümummilli Liderin Azərbaycana rəhbərliyinin hər iki dövrü uğurlu və yüksək inkişaflı olub. Sovet dönəmində respublikamız Heydər Əliyevin idarəçilik bacarığı, vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Heydər Əliyevin həmin mədəni inkişaf və tarixi yaddaşımızın bərpası istiqamətində gördüyü misilsiz işlər xalqımızda milli ruhun canlanmasını, özünüdərki və soy-kökə qayıdışı təmin etmişdir. Müstəqillik dövründə isə Ulu Öndər azərbaycançılıq ideologiyasının təməlini qoyaraq, milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmişdir".

1993-cü il və sonrakı illərin Azərbaycanın intibah dövrü kimi tarixə düşdüyünü deyən natiq o dövrdə Ulu Öndərin müstəqilliyimizi qoruyub saxlamasını, ölkəmizi xaos və anarxiyadan, başlanan vətəndaş müharibələrindən qoruduğunu vurğulamışdır: "Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə Ümummilli Lider Azərbaycanı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan qurtardı. 1994-cü il sentyabrın 20-də "Gülüstan" sarayında dünyanın 7 ölkəsinin məşhur neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. Ümummilli Liderin təşəbbüsü ilə baş tutan bu saziş ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Bir çox sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanıldı. 1995-ci il noyabrın  12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu". 

İ.İsmayılov onu diqqətə çatdırmışdır ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə Ulu Öndərin hazırladığı güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsini göstərdi: "30 il işğal altında qalan torpaqlarımız 2020-ci ildə şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2023-cü il sentyabrın 19-da isə Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ iqtisadı rayonunun sülhməramlıların nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatı keçirildi, strateji əhəmiyyətli ərazilər nəzarətə götürüldü. Antiterror əməliyyatından sonra bütün Qarabağ torpağı seperatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu".

Ulu Öndərin Mingəçevirə və mingəçevirlilərə diqqət və qayğısından danışan ŞİH-in başçısı şəhərdə böyük quruculuq işlərinin, məhz Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə başlandığını qeyd etmişdir: "Ulu Öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Mingəçevirdə Cənubi Qafqazın ən nəhəng İstilik-Elektrik Stansiyasının tikintisi həyata keçirilmişdir. Məhz Ulu Öndərin göstərişi ilə həmin dövrdə 20 min nəfərə yaxın insanın yaşadığı "Energetiklər" yaşayış massivi salınmış, onlarla çoxmərtəbəli yaşayış evləri, 2 orta məktəb, 4 körpələr evi-uşaq bağçası, tibb məktəbi, uşaq musiqi məktəbi, poliklinika və digər sosial obyektlər tikilib istifadəyə verilmişdir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də Mingəçevir və mingəçevirlilərə diqqəti böyükdür. Dövlət başçısının iştirakı ilə Azərbaycan İES-in ərazisində 1280 meqavat gücü olan yeni stansiyanın təməli qoyulmuş, inşası uğurla başa çatdırılmışdır".

Konfransda Milli Məclisin deputatları Əli Hüseynli "Ulu Öndərin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müasir dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolu", Aydın Mirzəzadə "Heydər Əliyev müstəqilliyimizi əbədi edən tarixi şəxsiyyətdir",  YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev "Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyalarını həyata keçirən siyasi məktəbdir", hərbi hissə komandiri, Vətən müharibəsi qəhrəmanı Elnur Gebidov "Azərbaycanın dövlət suverenliyinin bərpası respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tarixi nailiyyətidir" mövzularında məruzələrlə çıxış etmişlər.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!