26 Dekabr 2023 17:07
2190
CƏMİYYƏT
A- A+

Min bir dərdə şəfa verən möcüzəvi reyhan

 

Reyhan - min bir dərdə şəfa verən möcüzəvi bitkidir.

AZƏRTAC Yıldırım Beyazıt Universiteti Tibb Fakültəsinin professoru, bitkilər üzrə mütəxəssis Aysun Bay Karabulutun reyhanın faydası haqqında araşdırması əsasında topladığı məlumatları təqdim edir. Alim bildirir ki, 2500 ildir Yaxın Şərq və Aralıq dənizi hövzəsində dərman məqsədilə becərilən reyhan bitkisi insan sağlamlığı üçün şəfaverici xüsusiyyətlərə malikdir. O qeyd edib ki, reyhan acı, kəskin, lakin çox ətirli bir bitki növüdür, vətəni Hindistandır. Bu bitki növü yalnız qida baxımından deyil, ətriyyat və tibbi baxımdan da olduqca əhəmiyyətlidir. Reyhan bitkisi antibakterial olduğu üçün zərərli bakteriyaları təmizləyir, dəridə sızanaq əmələ gəlməsinin qarşısını alır və beləliklə, onun sayəsində hamar bir dəriyə sahib olmaq olur.

Reyhan tərləmənin qarşısını alır və bədəndəki pis qoxuları yox etmək iqtidarındadır. Bundan başqa, reyhan təsirli qoxusu ilə zərərli həşəratları və zərərvericiləri dəf edir, tətbiq olunduğu yerin havasını təravətləndirir, təzələyir və yumşaldır. Sakitləşdirici keyfiyyətə malikdir, mədəyə faydalıdır. Revmatizm, ürək döyüntüsü və hemoroid kimi xəstəliklərin müalicəsində istifadə edilən bu bitki immunitet sistemindən həzm sisteminə qədər bir çox sağlamlıq problemi ilə mübarizə aparır. Metabolik fəaliyyətləri dəstəkləyir, immunitet sistemini gücləndirir, orqanizmdəki turşuları tarazlaşdırır (məsələn, ishal, qastrit və xoralar, ürəkbulanma, həzmi gücləndirir), yoluxucu xəstəliklərin qarşısını alır, soyuqdəymə ilə mübarizə aparır və gözləri qoruyur. Reyhan A vitamini ilə zəngin olan faydalı bir bitkidir.

“Radiasiyaya qarşı qoruyucu təsiri olan və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan reyhanın insan sağlamlığına faydaları, şübhəsiz ki, bununla məhdudlaşmır. Bu bitki sinir sistemini tənzimləyir və stresi aradan qaldırır. Bundan başqa, narahatlıq və miqrenlərə qarşı faydalıdır. O, cansıxıcılığı aradan qaldırır, depressiv əhval-ruhiyyənin qarşısını alır, həyat sevincini artırır. Ürəyə rahatlıq bəxş edir, yuxusuzluq və zehni işdən yaranan yorğunluğu aradan qaldırır. Saç tökülməsinə qarşı təsirlidir və saçların erkən ağarmasının qarşısını alır. Reyhan bitkisindən hazırlanan şərbət qan dövranını sürətləndirir, ürək-damar sağlamlığını təmin edir, trigliserid və xolesterin səviyyəsini aşağı salır, qan azlığı ilə mübarizə aparır, qan şəkərinin düşməsinin, həmçinin başgicəllənmə və ürəkgetmənin qarşısını alır. Bundan əlavə, şəkərsiz hazırlanmış reyhan suyu ilə qarqara etmək ağızdakı yaraları sağaltmaqla yanaşı, ağız qoxusunu da yox edir, əlavə olaraq siqareti tərgitməyə yardımçı olur. Süd verən anaların südünü artırır, qaraciyər və böyrək sağlamlığına faydalıdır. Öskürəyin müalicəsi üçün tövsiyə olunan reyhan, arı sancmalarına qarşı da müalicəvi əhəmiyyətə malikdir. Bu bitki, piyləri yandırmaq xüsusiyyətinə də malikdir, xüsusilə reyhan çayı arıqlamağa kömək edir. Ancaq həddindən artıq istifadə böyrəkləri yorur, qaraciyəri zədələyə bilir”, - deyə A.B.Karabulut əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video