10 Yanvar 2023 15:54
1077
SİYASƏT
A- A+
Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Adyunkturasına qəbul elan edir

Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Adyunkturasına qəbul elan edir

 

Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutu 2023-2024-cü tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul "Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid hərbi nəzəri elmlər, hərbi xüsusi elmlər, hərbi təbabət, milli təhlükəsizlik ixtisasları üzrə elan olunur.

Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə isə həkim-mütəxəssis), Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan zabitlər və dövlət orqanlarında işləyən mülki işçilər, həmçinin dövlətlərarası müqavilələrə əsasən xarici ölkələrin Silahlı Qüvvələrinin zabitləri qəbul edilirlər. Mülki ali təhsil müəssisələrini bitirən zabitlər iki ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.

Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi- pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan hərbi qulluqçular (mülki işçilər) qəbul edilirlər.

Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya qiyabi təhsil üçün müraciət etmiş namizədlər xarici dildən (ingilis, alman və ya fransız dillərindən biri, rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində fəlsəfədən və ixtisas fənnindən qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahanda iştirak etməyən namizədlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. DİM tərəfindən müəyyən edilən keçid balını toplayan namizədlər növbəti imtahanlara buraxılırlar.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Test-DaF, DELF, DALF və STANAG 2.2.2.2) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Müdafiə Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru" elmi dərəcəsi almaq hüququna tədqiqat sahəsində müəyyən nailiyyətləri olan, ən azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün müraciət edən namizədlər digər namizədlər kimi xarici dil üzrə yuxarıda göstərilən qaydalar əsasında DİM keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər.

Dissertantlıq yolu ilə “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.

Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə aprelin 1-dək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.

Fəlsəfə doktoru hazırlığı üzrə adyunkturaya (doktoranturaya) qəbul üçün ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış zabitlər (mülki işçilər) üçün təhsil sənədlərinin tanınması haqqında şəhadətnamə) ali təhsilin magistr pilləsini bitirdikdən sonra adyunkturaya daxil olanlar üçün ali təhsil müəssisəsinin elmi şurasının vəsatəti (əgər varsa), xidməti (iş yerindən) xasiyyətnamə, kadrların şəxsi-qeydiyyat vərəqi və ya arayış-məlumat, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 ölçüdə), şəxsiyyəti təsdiq edən sənədin surəti, cari il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətdən istifadə edilməsi barədə arayış (əyani təhsil almaq istəyənlər üçün (bu arayış imtahanlardan öncə də təqdim edilə bilər)), çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (azı 2 elmi məqalə) təqdim edilir.

Hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin və həmçinin təşkilat rəisləri adyunkturaya daxil olmaq istəyən zabitlərin (mülki işçilərin) raportlarını ona əlavə olunan sənədlərlə birlikdə mayın 1-dək komanda üzrə nəzdində adyunktura olan ali təhsil müəssisəsinin (elmi təşkilatın) rəhbərliyinə göndərirlər.

Elmlər doktoru hazırlığı üzrə adyunkturaya (doktoranturaya) qəbul üçün ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış hərbi qulluqçular (mülki işçilər) üçün təhsil sənədlərinin tanınması haqqında şəhadətnamə), “Fəlsəfə doktoru” elmi dərəcəsi diplomunun müvafıq qaydada təsdiq edilmiş surəti (bu diplomu xarici ölkələrdə almış hərbi qulluqçular (mülki işçilər) üçün təkrar attestasiya (nostrifikasiya) diplomu), çap olunmuş elmi işlərin siyahısı, dissertasiyanın açıq planı, dissertasiyanın aid olduğu sahə üzrə iki elmlər doktoru elmi dərəcəsi olan mütəxəssisdən alınmış yazılı rəy, xidməti (iş yerindən) xasiyyətnamə, əmək kitabçasından çıxarış (mülki işçilər), kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 ölçüdə), şəxsiyyəti təsdiq edən sənədin surəti təqdim edilir.

Hərbi hissə komandirləri, hərbi-elmi (elmi tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəisləri adyunkturada təhsil almaq üçün müraciət etmiş namizədlərin raportlarını ona əlavə olunan sənədlərlə birlikdə aprelin 15-dək Milli Müdafiə Universitetinin rektoruna göndərməlidirlər.

Ünvan: Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsi 136, “Qızıl Şərq” hərbi şəhərciyi. Milli Müdafiə Universiteti. Əlaqə telefonu: (051) 863-43-54, (055) 700-52-64, (012) 404-18-49.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!