23 May 2023 19:46
665
PARLAMENT
A- A+

Milli Məclisin sədr müavini Qarsda bir sıra görüşlər keçirib

 

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-də Türkiyənin Qars vilayətində bir sıra görüşlər keçirib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Qarsda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndəri yüksək hörmət və ehtiramla yad edib. Daha sonra Qars valisi Türker Öksüz ilə görüş keçirib. Görüş zamanı ölkələrimiz arasında olan müttəfiqlik münasibətlərdən bəhs edilib. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin praktik təcəssümü olaraq Şuşada Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasını xatırladan sədr müavini Adil Əliyev sözügedən sənədin 15 İyun - Qurtuluş Günündə imzalanmasının xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. O, Şuşa Bəyannaməsinin qurtuluşumuzun məntiqi nəticəsi və əbədiliyinin daha bir zəmanəti olmasını qeyd edərək, bu sənədin Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə xüsusi töhfə verdiyini vurğulayıb. Eləcə də, ölkələrimiz arasında münasibətlərin inkişafının təkcə siyasi sfera ilə məhdudlaşmadığını, xüsusən də iqtisadi əlaqələrimizin dərinləşməsini və müştərək layihələrimizin uğurla icra olunduğunu bildirən sədr müavini ölkələrimiz arasındakı dostluğun dünyada bənzəri olmadığını bildirib. Ziyarətə görə təşəkkürünü bildirən vali Türker Öksüz ölkələrimiz arasındakı münasibətlərin inkişafı və əlaqələrin daha da dərinləşməsi məqsədilə hər iki ölkə başçısının yüksək əməyinin olmasını qeyd edib.

Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qars vilayət təşkilatını ziyarət edən nümayəndə heyəti vilayət başçısı, Türkiyə Böyük Millət Məclisinin deputatı Adəm Çalkınla bərabər ölkələrimiz arasında olan dostluq münasibətlərindən, çoxəsrlik qardaşlıqdan, eləcə də dövlət başçılarımızın inkişaf etdirdikləri bu münasibətlərin nəticəsində yaranmış strateji müttəfiqlikdən bəhs edib. Eləcə də, hakim partiyanın bu ayın 28-də keçiriləcək Prezident seçkilərinə hazırlıqla bağlı atdığı addımları, mövcud vəziyyəti birlikdə müzakirə ediblər. Adil Əliyev çıxışında əminlik ifadə edib ki, əziz qardaşlarımız bu dəfə də seçkilərdə böyük iradə nümayiş etdirərək layiqli namizədi prezident seçəcəklər. O, həm Türkiyənin, həm də Türk dünyası üçün Rəcəb Tayyib Ərdoğanın gördüyü işlərin danılmaz olduğunu qeyd edib.

Qarsda yerləşən İşıqlı məscidində Əhli-beyt Alimlər Birliyinin sədri və nümayəndələri ilə daha bir görüş keçirən nümayəndə heyəti tərəfləri maraqlandıran mövzuların ətrafında geniş müzakirələr və məsləhətləşmələr aparıblar. Həm Azərbaycanda, həm də qardaş ölkədə dinin dövlətdən ayrı olmasını bildirən Milli Məclisin sədr müavini hər zaman dövlətin inanclı şəxslərə yüksək hörmət və diqqətlə yanaşdığını vurğulayıb. Ermənistanın tarixi torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində, həmin ərazidə yerləşən 67 məsciddən 65-ni dağıtmasını və müqəddəs yerlərdən tövlə kimi istifadə etməsini bildirən Adil Əliyev bu vandallıq aktının nəinki Azərbaycanın, eləcə də bütün müsəlman dövlətlərinə və İslam dininə hörmətsizlik olmasını, lakin bu gün sözdə özlərini müsəlman adlandıran bəzi dövlətlərin buna göz yummasından və Ermənistanın yanında olmasından təəssüfləndiyini bildirib.

Nümayəndə heyətinin görüşləri bu gün də davam edir.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı Cəbi Quliyev, Naxçıvan Ali Məclisinin deputatı Hüseyn Bağırsoylu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Adil İbrahimlinin atası Asəm İbrahimov və qazi Oruc Salmanov daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video