17 Fevral 2022 12:31
621
İQTİSADİYYAT
A- A+
Milli Məclisin sədr müavini Adil Əliyev: Ağdam Qarabağ və Şərqi Zəngəzurun əsas sənaye mərkəzi olacaq  

Milli Məclisin sədr müavini Adil Əliyev: Ağdam Qarabağ və Şərqi Zəngəzurun əsas sənaye mərkəzi olacaq  

Prezident İlham Əliyev 2022-ci ildə işğaldan azad edilmiş ərazilərimizə növbəti səfərini fevralın 13-də Ağdama etdi. Səfər zamanı Ağdamın ölkəyə reinteqrasiyası və rayon sakinlərinin – keçmiş məcburi köçkünlərin qayıtması üçün zəruri şəraitin yaradılmasına xidmət edən əsas infrastruktur və digər obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdi. Əlbəttə ki, həmin məqsədə nail olmaq üçün enerji və yol-nəqliyyat infrastrukturunun qurulması fundamental şərtdir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdiyini diqqətə çatdıran Adil Əliyev deyib: “Bu mərkəz vasitəsilə Qarabağ və Şərqi Zəngəzurun bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Prezident İlham Əliyev yeni inşa edilmiş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarını da işə saldı. Həmin yarımstansiyalar Ağdam rayonunu elektrik enerjisi ilə tam təmin etməyə imkan verəcək. Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzinin binası, digər texniki qurğu və tikililərdən əlavə mərkəzin ətrafında 2.5 hektarlıq yaşıllıq zolağı, meyvə bağı salınıb və suvarma sistemi yaradılıb. İnzibati binalar və texniki tikililərlə yanaşı, yaşıllıqların salınması Ağdamın dirçəlişinin ilkin cücərtiləridir”.

Milli Məclis sədrinin müavini qeyd edib ki, dirçəliş və yenidənqurma üçün yol-nəqliyyat infrastrukturunun yaradılması prioritet istiqamətdir. Hazırda Ağdama dəmiryolu xətti çəkilir, avtomobil yolları inşa edilir. Eləcə də, Ağdamı Fizuli aeroportu ilə birləşdirən avtomobil yolu tikilir. Yəni Ağdama gediş-gəliş qatarla, avtomobillə və Fizuli aeroportu vasitəsilə demək olar ki, təyyarə ilə mümkün olacaq.

Prezidentin səfəri zamanı bir sıra sosial obyektlərin, o cümlədən 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyuldu. Hazırda minə yaxın şagirdin təhsil ala biləcəyi 1 nömrəli orta məktəbin inşası davam edir. Prezident İlham Əliyev 209 mənzillik yaşayış kompleksinin təməlini qoydu. Həmin sosial obyektlərin inşası, xüsusən də yaşayış kompleksinin təməlinin qoyulması olduqca əlamətdar və strateji xarakter daşıyır. Çünki həmin mənzillər Ağdam sakinlərinin tezliklə doğma yurdlarına qayıdacağından xəbər verir.

“Keçmiş məcburi köçkünlərin Ağdama qayıtması və orada yenidən məskunlaşması üçün iş yerlərinin olması vacibdir. Bu məsələ də dövlətimizin diqqət mərkəzindədir. Birincisi, qeyd edilməlidir ki, adıçəkilən obyektlərin inşası, infrastruktur və sosial obyektlərin yaradılması, öz-özlüyündə müəyyən iş yerlərinin açılması deməkdir. İkincisi və daha önəmlisi isə Ağdamın aparıcı sənaye şəhərinə çevrilməsi məqsədidir. Artıq Ağdam Sənaye Parkı yaradılıb və Prezidentin səfəri zaman parkda qurulacaq ilk müəssisələrin təməl daşı qoyuldu. Bundan əlavə, “Park Forest Otel Ağdam” mehmanxanasının təməli də qoyuldu. Belə bir otelin inşası Ağdamda işgüzar turizmin inkişafı üçün dəyərli töhfə olacaq.

Ağdamda tarixi və mədəni-mənəvi abidələrimizin bərpasına xüsusi diqqət yetirilir. Hazırda Ağdam Cümə məscidində bərpa işləri gedir. Qarabağ xanlarının türbələri və yaşayış evindən ibarət İmarət kompleksində də bərpa işlərinin görülməsi nəzərdə tutulur. Sosial obyektlər, yaşayış kompleksləri, iş yerləri insanları maddi və məişət şəraiti baxımdan əraziyə kökləyirsə, tarixi, dini və mədəni abidələr onları mənəvi baxımdan bağlayır. Eləcə də Cümə məscidi, İmarət kompleksi kimi tarixi, mədəni və dini abidələrimiz Ağdamla keçmiş məcburi köşkün olan sakinlər arasında mənəvi bağlantı rolunda çıxış edir. Bu, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühümdür. Otuz ilə yaxın işğal dövründə Azərbaycanda nəsil dəyişikliyi baş vermiş və yeni nəsil yetişmişdir. Yaşlı nəsil üçün həmin abidələrin tariximizin və mədəniyyətimizin bir parçası olması bəlli faktdır. Gənc nəsil üçün isə Vətən müharibəsinədək işğal altında qalmış tarixi və mədəni abidlərimiz müəyyən mənada yeni bir səhifədir və onların gənc nəsillə də işğaldan azad edilmiş ərazilərimiz arasında mənəvi bağlantı rolunu oynaması mühümdür. Həmin abidələrin bərpa olunmasına Heydər Əliyev Fondu böyük töhfə verir. Mahiyyət etibarilə Heydər Əliyev Fondunun verdiyi bu töhfələr gənc nəsillə işğaldan azad edilmiş torpaqlarımız, o cümlədən Ağdam arasında mənəvi bağların qorunması amalına xidmətdir.

Beləliklə, Ağdamın reinteqrasiyası və yenidən öz doğma sakinləri ilə məskunlaşması istiqamətində iqtisadi, sosial, infrastruktur və mədəni-mənəvi sahələri əhatə edən hərtərəfli, mütəşəkkil fəaliyyət aparılır. Dövlət tərəfindən belə əlverişli şəraitin yaradılmasının məntiqi davamı kimi iş adamlarının Prezident İlham Əliyevin çağırışına cavab olaraq Ağdama sərmayələr yatırması və müəssisələr açması onun Qarabağın və Şərqi Zəngəzurun əsas sənaye mərkəzinə çevrilməsində mühüm rol oynayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!