Milli Məclisdə görüş
Noyabrın 16-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xarici işlər və əməkdaşlıq naziri yanında dövlət katibi Lətifə Axarbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Mərakeş Krallığı-Azərbaycan münasibətlərindən, iqtisadi, mədəni və digər sahələrdə əldə edilən nailiyyətlərdən danışılmışdır.
Ziyafət Əsgərov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün ölkələr, o cümlədən Mərakeş Krallığı ilə əlaqələr qurmuşdur. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensial vardır. Ümid edirik ki, bu cür səfərlər əməkdaşlığımızın inkişafında mühüm rol oynayacaq.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Z.Əsgərov bildirdi ki, bu problemin həll olunmaması bölgədə sülh və əmin-amanlığın təminatına ciddi əngəl yaradır. Ermənistan bununla bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə, ATƏT-in, Avropa Şurasının qərarlarına məhəl qoymur, işğalçılıq siyasətindən əl çəkmir. Biz şadıq ki, Mərakeş Krallığı bu məsələnin həllində beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir.
Görüş üçün təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Lətifə Axarbaş Azərbaycanı BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etdi. O dedi ki, Mərakeş parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verir. Çünki bu əlaqələr hər iki ölkə arasında müxtəlif sahələrdə olan əməkdaşlığın genişləndirilməsi üçün baza rolu oynayır. Nümayəndə heyətinin rəhbəri xüsusi vurğuladı ki, Mərakeş Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!