24 Dekabr 2025 22:42
115
SİYASƏT
A- A+
“Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib  

“Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib  


Dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən Nəsimi rayon təşkilatı ilə birgə “Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu əlamətdar gündə keçirilən tədbirin mövzusunun çağdaş tariximizin möhtəşəm dövrü ilə həmahəng olduğunu bildirib: “Çünki günümüzün reallığı budur ki, dünyada bir çox ölkələr mühüm resurslara – əlverişli coğrafi mövqeyə, təbii sərvətlərə, böyük iqtisadi və demoqrafik potensiala sahib olsalar da, öz siyasətlərini milli maraqlara uyğun həyata keçirə bilmirlər. Müasir Azərbaycanın nümunəsi isə təsdiqləyir ki, məhz zəngin dövlətçilik təcrübəsinə, xalqın birmənalı və qətiyyətli dəstəyinə malik lideri olan ölkələr milli mənafelərə əsaslanan siyasət vasitəsilə davamlı inkişafı təmin edir və beynəlxalq aləmdə nüfuz sahibi olurlar. Çoxəsrlik dövlətçilik tarixinə malik Azərbaycan mürəkkəb sosial-iqtisadi və geosiyasi vəziyyətə baxmayaraq, müstəqilliyin bərpasından sonra yüksəlişini təmin edə, dünyada nüfuzlu dövlət kimi tanına bilib. Bu, birmənalı olaraq Heydər Əliyev dühası və Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olub. Ümumxalq etimadını doğruldan dahi liderlərin uğurlu siyasəti nəticəsində sabitlik və tərəqqi yoluna qədəm qoymuş Azərbaycanın adı bu gün qüdrətli və qalib dövlətlər sırasında çəkilir”.

Tahir Budaqovun sözlərinə görə, inkaredilməz həqiqətdir ki, müdrik dövlət xadimi Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində Azərbaycan naminə çalışaraq xalqın işıqlı gələcəyini təmin edən əvəzsiz işlər görüb: “1993-cü ildə xalqın israrlı tələbi ilə respublikamızda yenidən hakimiyyətə qayıdan Ulu Öndərin dövrün çağırışlarına cavab verən siyasəti nəticəsində milli birliyin, sabitlik və təhlükəsizliyin təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi və digər mühüm faktorlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin edib. Dahi şəxsiyyətin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin qarşısında duran ali məqsədlərə çatmaq üçün milli qanunvericiliyimizin əsaslarını müəyyən etmişdir. Bir sözlə, müstəqillik dövründə Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1993-2003-cü illər əldə etdiyimiz möhtəşəm qələbələrin təmini üçün möhkəm təməllərin yaradılmasını şərtləndirib”.

YAP Sədrinin müavini bildirib ki, Ulu Öndərin xalqımız qarşısında xidmətlərindən bəhs edərkən bu kontekstdə müasir dövlətçilik tariximizdə müstəsna yerə və rola malik - taleyüklü önəm daşıyan siyasi varisliyin təmin olunmasını xüsusi qeyd etmək lazımdır: “Azərbaycan xalqının böyük etimadı əsasında ölkə Prezidenti seçilərək dövlət başçısı kimi fəaliyyətə başladığı zaman öz missiyasını “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” - tezisi ilə ifadə edən Prezident İlham Əliyev Heydər Əliyev yoluna sadiqliyini sübuta yetirib. Bu gün inamla və iftixarla söyləyirik ki, Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycanda hərtərəfli inkişaf təmin edilib. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 2003-cü ildə Prezident İlham Əliyev haqqında “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərini xatırladıb. Beş il əvvəl Müzəffər Lider İlham Əliyevin “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” sözlərini fəxarətlə ifadə etdiyini vurğulayan Kamal Abdulla bildirib ki, Azərbaycan xalqının belə böyük bir sərkərdə və Prezidentinin olması qürurvericidir: “Biz ordumuzla, qalib əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycanın adını yüksəldən vətəndaşlarımızla fəxr edirik”.

Şəhid Ruslan Cəfərovun anası Alimə Cəfərova belə bir mötəbər tədbirdə çıxış etməyin onun üçün həm şərəf, həm də böyük məsuliyyət olduğunu bildirib: “Azərbaycanın bugünkü qürurlu, suveren və qalib ölkə reallığı təsadüfi deyil. Bu yolun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər bizə təkcə müstəqil dövlət yox, mütərəqqi Konstitusiya, milli kimlik və sarsılmaz dövlətçilik ideologiyası miras qoyub. O Konstitusiya ki, bu gün hər bir Azərbaycan vətəndaşının hüququnun, ləyaqətinin və azadlığının təminatıdır. Bir ana olaraq deyirəm ki, övladım Vətən naminə, Heydər Əliyevin qurduğu dövlətin, İlham Əliyevin qoruduğu suverenliyin uğrunda canından keçdi. Bu, hər bir şəhid anasının ağrısını qürura çevirən ən böyük həqiqətdir”.

Alimə Cəfərova vurğulayıb ki, Heydər Əliyev ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfəri təmin etdi: “44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı göstərdi ki, ölkəmizin Konstitusiyası real həyatda – döyüş meydanında, siyasi masada, beynəlxalq hüquqda öz sözünü deyir. Fəxrlə ifadə edirik ki, şəhidlərimizin qanı yerdə qalmadı. Onların qanı müstəqilliyimizin möhürü, suverenliyimizin imzası oldu. Bu gün üçrəngli Bayrağımız bütün ərazilərimizdə dalğalanırsa, bu, Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev qətiyyətinin nəticəsidir. “Konstitusiya və Suverenlik İli” bizim üçün təkcə təqvim ili deyil. Bu il xalqımız üçün milli qürur ilidir. Dövlətimizin bizə göstərdiyi diqqət və qayğı sübut edir ki, Azərbaycan öz qəhrəmanlarını unutmur. Oğlum Ruslan Cəfərov qalib xalqın şəhididir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənəcək, şəhidlərimizin ruhu daim şad olacaq. Dövlətimizin başçısına bir şəhid anası kimi təşəkkür edirəm. Yaşasın müstəqil, suveren və qalib Azərbaycan!”.

Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçısı, qazi Rüfət Salmanov deyib: “Bu gün bu tribunada təkcə bir qazi kimi yox, həm də Azərbaycan Ordusunun bir əsgəri, qalib xalqın nümayəndəsi olaraq çıxış etmək mənim üçün böyük şərəfdir. Milli Konstitusiyadan mütləq suverenliyə aparan yolun canlı şahidi və iştirakçısı olmaq taleyin bizə verdiyi böyük məsuliyyətdir. Biz döyüşə gedəndə bir amalımız vardı: dövlətimizin suverenliyini tam bərpa etmək. Biz bilirdik ki, arxamızda Ulu Öndər Heydər Əliyevin qurduğu güclü dövlət, önümüzdə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi dayanır. Bu inam bizi məğlubedilməz etdi”.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar  

23:19
24 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar  

22:46
24 Dekabr

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb  

22:43
24 Dekabr

“Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib  

22:42
24 Dekabr

Avropa Komissiyası ABŞ-ın bəzi Aİ vətəndaşlarına səyahət məhdudiyyəti tətbiq etməsini pisləyib  

22:39
24 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

22:36
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb  

20:20
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNİB-3 

20:15
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini panel müzakirələrlə davam etdirib  

20:07
24 Dekabr

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib  

20:03
24 Dekabr

TÜRKSOY-un Baş katibi Sultan Raevdən  

19:58
24 Dekabr

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan  

19:57
24 Dekabr

Azərbaycanın müdafiə naziri Liviya tərəfinə başsağlığı verib  

19:02
24 Dekabr

Orta Dəhliz üzrə yük axınlarının artması Azərbaycan üzrə hansı yeni imkanlar yaradır?  

18:44
24 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:42
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:39
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:38
24 Dekabr

Moskva Mayamidə danışıqların yekunları üzrə Vaşinqtonla əlaqələrini davam etdirəcək  

18:37
24 Dekabr

Moldova Respublikasının Prezidenti Maya Sandudan  

18:36
24 Dekabr

Tahir Budaqov: Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər ölkəmizə bundan sonra da yeni müvəffəqiyyətlər qazandıracaq

18:35
24 Dekabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

18:32
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!