24 Dekabr 2025 20:20
112
CƏMİYYƏT
A- A+
Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb  

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb  


Dekabrın 24-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin İkinci Forumu işini yekunlaşdırıb.


AZƏRTAC xəbər verir ki, dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə təşkil edilən Forumda respublikamızın müxtəlif bölgələrindən fərqli dinlərə mənsub 100-dən çox din xadimi, müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Özbəkistan və Qazaxıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər. 
 Forumda “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri aparılıb.

Forumun sonunda panellərin moderatorlarının iştirakı ilə müzakirələrə yekun vurulub.
Birinci panelin moderatoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, çıxışlarda əsasən dövlət-din münasibətlərinin mədəni aspektlərinə diqqət çəkilib. Azərbaycanda bütün dinlərin mədəni irsinə göstərilən dövlət qayğısı və müxtəlif dini abidələrin bərpası istiqamətində görülən işlər məmnunluqla vurğulanıb. Xüsusilə Azərbaycanın mədəniyyətlərarası dialoqun qurulmasında oynadığı aparıcı rolun əhəmiyyəti yüksək qiymətləndirilib.

G.İsmayılov müzakirələrin maraqlı məqamlarından birinin də Azərbaycan və Özbəkistanın dövlət-din münasibətləri modelinin müqayisəli təhlili olduğunu deyib.


İkinci panelin moderatoru Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa din təhsili və maarifçiliklə bağlı aparılan müzakirələr haqqında qısa məlumat verib. Qeyd edib ki, Azərbaycan dövlətinin din siyasətində bütün dinlərə bərabər və ədalətli münasibət göstərilməsi prinsipi özünü aydın şəkildə büruzə verir. Paneldə müasir texnoloji inkişaf fonunda multikultural dəyərlərin qorunması məsələsinin də diqqət mərkəzində olduğunu söyləyən F.Mustafa bildirib ki, informasiya texnologiyalarından qorxmaq deyil, onları mənimsəmək və insanlıq prinsiplərini qorumaq şərtilə lazımi istiqamətlərdə istifadə etmək lazımdır. Bu, müasir multikulturalizmin əsas təməllərindən biridir. 


Üçüncü panelin moderatoru Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev qeyd edib ki, müzakirələrdə dini radikalizmə və zərərli ideologiyalara qarşı mübarizənin düşünülmüş mübarizə üsulları və maarifləndirmə vasitəsilə həyata keçirilməsinin vacibliyi daha çox önə çıxıb. Vurğulanıb ki, bu prosesdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar çıxışlarında müasir ictimai rəyi mütləq əsas götürməli, cəmiyyətin həssas olduğu məqamları nəzərə almalı və gənclərin düzgün maarifləndirilməsi istiqamətində daha aktiv fəaliyyət göstərməlidirlər.


Dördüncü panelin moderatoru Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirələrdə ailə dəyərlərinin qorunması və qadın hüquqlarının təmin edilməsi istiqamətlərinə diqqət yetirildiyini deyib. Bildirib ki, ailə dəyərlərinin qorunması, nikahın hüquqi əsasları və uşaq tərbiyəsi məsələlərində cəmiyyətin məlumatlılıq səviyyəsini artırmaq məqsədilə praktiki tədbirlərin keçirilməsinə böyük ehtiyac var. Cəmiyyəti narahat edən ən ağrılı məqamlardan olan erkən nikahlar, qızların təhsildən yayınması və boşanmaların sayının artması kimi mənfi tendensiyalar geniş təhlil edilib.


Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar  

23:19
24 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar  

22:46
24 Dekabr

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb  

22:43
24 Dekabr

“Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib  

22:42
24 Dekabr

Avropa Komissiyası ABŞ-ın bəzi Aİ vətəndaşlarına səyahət məhdudiyyəti tətbiq etməsini pisləyib  

22:39
24 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

22:36
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb  

20:20
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNİB-3 

20:15
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini panel müzakirələrlə davam etdirib  

20:07
24 Dekabr

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib  

20:03
24 Dekabr

TÜRKSOY-un Baş katibi Sultan Raevdən  

19:58
24 Dekabr

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan  

19:57
24 Dekabr

Azərbaycanın müdafiə naziri Liviya tərəfinə başsağlığı verib  

19:02
24 Dekabr

Orta Dəhliz üzrə yük axınlarının artması Azərbaycan üzrə hansı yeni imkanlar yaradır?  

18:44
24 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:42
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:39
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:38
24 Dekabr

Moskva Mayamidə danışıqların yekunları üzrə Vaşinqtonla əlaqələrini davam etdirəcək  

18:37
24 Dekabr

Moldova Respublikasının Prezidenti Maya Sandudan  

18:36
24 Dekabr

Tahir Budaqov: Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər ölkəmizə bundan sonra da yeni müvəffəqiyyətlər qazandıracaq

18:35
24 Dekabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

18:32
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!