09 İyul 2022 01:46
1059
CƏMİYYƏT
A- A+
MİDA sosial evlərin son seçim nəticələrini ləğv etdi

MİDA sosial evlərin son seçim nəticələrini ləğv etdi

 

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə inşa edilən 442 mənzil vətəndaşlara yenidən təqdim olunacaq

 

"Martın 30-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində yerləşən 442 mənzilin seçim prosesi baş tutduqdan sonra şübhəli hallar müəyyənləşdirilib.  MİDA bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Müəyyən olunub ki, mənzillərin 60 faizdən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib. Ona görə də bərabərlik pozulduğu üçün bütün seçim prosesinin nəticələri ləğv edilib".

Bu fikirləri MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı dünən keçiriən brifinqdə səsləndirib. Qeyd edib ki, güzəştli mənzil sisteminin bəzi istifadəçiləri tərəfindən bu sistemi daha sürətli etmək üçün müəyyən şəxslərə xüsusi proqram təminatları hazırladılıb. Martın 30-da keçirilən seçimlərdə də bu proqram təminatlarından istifadə edilib.

 

Bəzi şəxslər mənzil əldə etmək üçün xüsusi kompüter proqram təminatları hazırladıblar

 

Öncə bir müddət əvvələ qayıdaraq xatırlatma edək ki, mart ayında MİDA-nın növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində məzillərin seçimi zamanı sistemə qeyri-qanuni müdaxilə ilə bağlı məsələ barədə məlumat yayılmışdı. Həmin məlumtda qeyd edilirdi ki, martın 30-da 442 mənzilin güzəştlə verilməsi prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilib və bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunub. İlkin araşdırmalar aparılaraq faktla bağlı Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələri ilə cinayət işi başlanılaraq müəyyən edilib ki, Azərbaycan vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında MİDA-nın "Güzəştli mənzil" informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıblar. Onlar 30 mart 2022-ci il tarixdə "Güzəştli mənzil" informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirərək qanunsuz müdaxilə edib, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar. Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər. Cinayət işi üzrə araşdırmaların aparıldığı və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd edilmişdi.

İyulun 8-də isə Dövlət Təhlükəsizlik Xidməti ilə MİDA yenidən birgə məlumat yayıb. Həmin məlumatda qeyd olunub ki, "Güzəştli mənzil" sistemi agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini həyata keçirir. Onun əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılması zamanı şəffaflığı və operativliyi təmin etməkdir.

Araşdırmalar nəticəsində müəyyən edilmiş halların "Güzəştli mənzil" sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib. Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunmasının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək. Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək.

 

Mənzillərin seçimi barədə elan ən azı 30 gün əvvəl verilir

 

Dünən MİDA-da keçirilən brifinqdə Aparat rəhbəri Fərman Qurbanlı qeyd edib ki,  mənzil seçimi prosesi iki mərhələdən ibarət olur: "İlk mərhələdə mənzil seçimi aparılır. Daha sonra isə mənzil sifarişi mərhələsi gəlir. Burada bina, mərtəbə, otaq sayı seçilir. Vətəndaş 10 dəqiqə ərzində seçimini təsdiq etməlidir. Əks təqdirdə həmin mənzil üzrə digərlərinin seçimi üçün funksiya aktivləşir".

Mənzillərin seçimi barədə elan onun verilməsi tarixindən ən azı 30 gün əvvəl verilir. Hər elandan sonra təxminən 1 ay müddətində güzəştli mənzilin DEMO versiyası açılır. Elektron kabinetə sahib olan şəxslər həmin versiyada seçim üsullarına baxır, sistem barədə məlumatlı olurlar.

Aparat rəhbəri vurğulayıb ki, sistem hər bir istifadəçinin seçim etməsi üçün rahat interfeysə malikdir. Güzəştli mənzil sisteminin tətbiqinin əsas məqsədi güzəştlə mənzil əldə etmək istəyən şəxslər üçün bərabər şəraitin yaradılmasıdır. Hazırda isə sistemin təkmilləşdirilməsi istiqamətində işlər gedir. DEMO versiya ilə əsl versiya eyni hazırlandıqdan belə müdaxilə etmək mümkün olub. Buna görə də versiyalar arasında fərqlər ola bilər. Sistemdə işlər yekunlaşdıqdan sonra növbəti mərhələ elan olunacaq və bir ay əvvəldən mənzil seçimi ilə bağlı elan veriləcək. Əvvəlki seçimdə iştirak edən şəxslərə də heç bir məhdudiyyət tətbiq edilməyəcək.

 

300 nəfərin mənzil seçimi prosesi başqaları tərəfindən aparılıb

 

Brifinqdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Günel Hüseynova cinayət işi üzrə araşdırma aparıldığını, mənzillərin güzəştli şərtlərlə seçimi həyata keçirilərkən müdaxilə olunduğunu bildirib.

Onun sözlərinə görə, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

Qeyd olunan şəxslərin müəyyənləşdirilərək ifşa edildiyini, bir nəfər barədə isə beynəlxalq axtarış elan olunduğunu vurğulayan Günel Hüseynova diqqətə çəkib ki, son dövrlər rəqəmsal texnologiyaların inkişafı, onların insanların həyatına geniş daxil olması bu sahədə cinayətkarlığın artmasına gətirib çıxarıb: "Hər bir cinayətdən danışanda onun subyekti əsas götürülr. Gələcəkdə belə üsullara əl atmaq istəyən və ya onlara yenidən müraciət edəcək şəxslər məsuliyyət daşıyacaqlar".

Cinayət işi üzrə təqsirləndirilən şəxlərin xidmətlərindən istifadə edərək qeyri-qanuni yollarla mənzil əldə etmək istəyən şəxslərə münasibətdə hansı hüquqi nəticələr baş verə bilər - sualına cavabında isə Günel Hüseynova bildirib ki, adına mənzil seçimi edilən şəxslər tərəfindən proses reallaşdırılmayıb. Onlar informasiya texnologiyaları sahəsində bilikləri olan şəxslərə müraciət ediblər. Araşdırmalar nəticəsində 300 nəfərin seçim prosesini özünün reallaşdırmadığı məlum olub. Həmin şəxslərin mənzil seçimi ləğv edilib.

O, həmçinin həmin mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyədə 18 nəfər, 8 saniyədə 52 nəfər, 9 saniyədə 62 və 10 saniyə ərzində 78 nəfərin mənzil seçimini tamamladığını qeyd edib.

 

Güzəştli mənzil alanlar 3 il ərzində evi kirayəyə verə və satışını rəsmiləşdirə bilməzlər

 

MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı qeyd edib ki, güzəştli mənzillərə sahib olanlara 3 il müddətində müəyyən məhdudiyyətlər nəzərdə tutulub.  Yəni onlar 3 il müddətinə bu mənzilləri kirayəyə verə və satışını rəsmiləşdirə bilməzlər.

Aparat rəhbəri həmçinin vətəndaşlara müraciət edərək qeyd edib ki, sosial şəbəkələrdə mənzil seçimi ilə bağlı "kömək" istəyənlər barədə quruma məlumat versinlər. Eyni zamanda MİDA tərəfindən də bu kimi halların araşdırıldığını diqqətə çatdıran Fərman Qurbanlı güzəştli mənzillərin əvvəlcədən bronlaşdırılması ilə bağlı fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu iddiaların əsası yoxdur, bütün mənzillər seçim başlayan zaman aktiv olur və iş sürətli həyata keçirilir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!