20 Mart 2021 00:19
2885
Mədəniyyət
A- A+
Meydan tamaşaları

Meydan tamaşaları

 

Azərbaycanda ənənəvi xalq oyunları və meydan tamaşalarının sorağı şifahi xalq ədəbiyyatından gəlir. Xalqımızın özünün yaşı qədər olan bu tamaşaların özəlliyi ondadır ki, onlar genetik olaraq qandan-qana hopur, iliklərə işləyir, ilkinliyini qoruyub saxlayır və akademik teatrın bünövrəsi sayılır.

 

Filologiya üzrə fəlsəfə doktoru Nailə Əskər bununla bağlı qeyd edir ki, “İslam coğrafiyası və Azərbaycanda oyunlar” adlı kitabında bu məsələyə geniş yer ayırıb: “Meydan tamaşaları musiqi, rəqs, məzhəkə, nəqletmə, yarışma və başqa ünsürlərdən yaranıb. Açıq havada, şəhər meydanlarında, kəndlərdə geniş sahələrdə, karvansaralarda göstərilən meydan tamaşaları ənənəvi xalq teatrıdır. Tamaşaçılarla əhatələnmiş sahədə, meydanda oynanıldığı üçün ona “orta oyunu”, yaxud “meydan tamaşaları” deyilib. “Meydan tamaşaları” termini altında əsasən Azərbaycanda oynanılan təhkiyəli, süjetli xalq oyunları nəzərdə tutulur. Xalqın özü qədər qədim olan, oyunçu və tamaşaçı arasında səmimi münasibətlər şəraitində göstərilən bu tamaşalar masqarabazlar, nağılçılar, aşıqlar, məzhəkəçilər, kukla oyunçuları tərəfindən inkişaf etdirilərək, ənənəvi xalq tamaşalarının özəyini yaradıb”.

Xalq arasında çox qədimdən yaranan “Motal-motal”, “Qurd basdı”, “Çövkən”, “Cızıq turnası”, “Gizlənpaç” (gizlən, qaç), “Oğru-oğru”, “Şuma qədər”, “Aşıq-aşıq”, “Qoz-qoz”, “Pul-pula”, “Zorxana”, “Sino”, “Mil”, “Qəpəq”, “Fincan-fincan”, “Bənövşə”, “Dirədöymə”, “Çalabaşı”, “Yelləncək”, “Maral oyunu”, “Kilimarası” və s. oyunlarında həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərdilər.

“Kosa-kosa”, “Kəndirbaz”, “Sim pəhləvan”, “Masqara”, “Gözübağlıca”, “Cıdır” tamaşaları, qılınc oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyi söylənilir. Sadaladığımız xalq oyunları zaman-zaman yol keçərək bu günümüzədək gəlib çatıb. Novruz bayramında həmçinin güləş yarışları təşkil edilir, meydanlarda yallı oynanılır, kəndirbazlar tamaşalar göstərir, mahnılar oxunur, aşıqlar deyişirlər...

“Novruz” mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən, maska taxan aktyor olur. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan “Xan-xan”,”Mütriblərin rəqsi”,”Gəlinlə qayınana deyişməsi” və s. epizodlar oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, “Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan “Yuğ” mərasimində də meydan teatrı ünsürləri güclü olub.

“Kosa-gəlin”, “Tapdıq çoban”, “Tənbəl qardaş” (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda əsasən kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşərək acı kinayə satiraya çevrilərək adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin 2030-cu ilə qədər Ay enişini həyata keçirməyi hədəfləyir

16:28
09 Aprel

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

16:20
09 Aprel

İtaliya Aİ-nin büdcə qaydalarını dayandırmağı gündəmə gətirdi

16:13
09 Aprel

MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir

16:07
09 Aprel

Tramp NATO-nu xəyanətdə ittiham edir

16:05
09 Aprel

Azərbaycan-Türkiyə hüquq-mühafizə əməkdaşlığı daha da güclənir

16:03
09 Aprel

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumatları açıqlayıb  

15:57
09 Aprel

Vəkillər Kollegiyasının CLDP ilə əməkdaşlığı uğurla davam edir

15:56
09 Aprel

Bakıda sürüşmə təhlükəsi: hansı ərazilər risk altındadır?

15:55
09 Aprel

İranda müharibə qurbanlarının sayı 3 mini ötüb

15:54
09 Aprel

Çingiz Hüseynzadə: Millimiz o vaxt güclü olacaq ki, futbolçularımız Avropada çıxış edəcəklər  

15:53
09 Aprel

Çində avtomobil satışları ötən ay 15 faiz azalıb

15:52
09 Aprel

Şamil Ayrım: TDT-nin Azərbaycanın sədrliyi dövründə daha da fəallaşması mühüm irəliləyişdir  

15:51
09 Aprel

İndoneziyada zəlzələ: 100-dən çox ev dağılıb, xəsarət alanlar var

15:50
09 Aprel

Pakistan ABŞ-İran danışıqlarından əvvəl əlavə təhlükəsizlik tədbirləri tətbiq edir  

15:49
09 Aprel

“Turan Tovuz” klubu yüksək məbləğdə cərimələnib

15:13
09 Aprel

Ziya Öztürklər: Ortaq tariximiz, mədəniyyətimiz və köklü ənənələrimiz ən möhkəm dayağımızdır  

14:57
09 Aprel

RSXM: Xəzərdə ardıcıl zəlzələlərin baş verməsi seysmik aktivliyin artması ilə əlaqədardır

14:51
09 Aprel

Milli Məclisin komitə sədri: Azərbaycan-Türkiyə-Şimali Kipr əlaqələri günbəgün genişlənir  

14:43
09 Aprel

İşğaldan azad edilmiş ərazilərdə 800-dək sakin üçün kiçik bizneslər yaradılıb  

14:34
09 Aprel

Danimarkada həbsxanaların dolu olması ciddi problemlər yaradır  

14:27
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!