Metro stansiyaların girişdə istiqamətləndiricilər qoyulub
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, martın 29-dan Bakı Metropoliteninin iş vaxtı dəyişdirilib. Metropolitenin stansiyaları səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək sərnişinlərin girişinə açıqdır. "Bakı Metropoliteni” QSC koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirləri ilk günlərdən həyata keçirir və bu istiqamətdə davamlı işlər aparır. Martın 29-dan yeni iş vaxtı müəyyən edildikdən sonra "Bakı Metropoliteni” QSC bu prosesi səngitməyib, əksinə, daha da gücləndirib.
QSC-dənAZƏRTAC-a bildirilib ki, görülən işlərin ən mühüm tərkib hissəsi sərnişinlərin maarifləndirilməsi, onlara tövsiyələrin verilməsi olub. Yeni iş vaxtına keçiddən sonra metropolitendə sərnişin axınına nəzarət olunması və maarifləndirilməsi, verilmiş qərarlara, xüsusən bir-biri ilə ara məsafəsinin qoruması ilə bağlı nəzarət gücləndirilib.
Hazırda Bakı Metropolitenində tətbiq edilən hərəkət qrafiki və xüsusən qatarlararası interval mövcud sərnişin axınının tənzimlənmiş qaydada daşınması üçün bütün tələblərə, o cümlədən ara məsafənin qorunmasını təmin etməyə imkan verir. Lakin bu məsələyə sərnişinlərin də diqqətli olmasına, ən əsası, stansiyalar girişə açılarkən daha nizamlı, daha seyrək hərəkət etməsinə ehtiyac var.
Bunu nəzərə alaraq, daha bir nəzarət mexanizmi də tətbiq edilib. Bakı Metropoliteni stansiyalarının giriş sahələrində sərnişinlərin hərəkətini bir qədər də məhdudlaşdırıb, tənzimləyən istiqamətləndiricilər qoyulub. Həmçinin sərnişin axını çox olan bir neçə stansiyada əlavə olaraq, xüsusi səs gücləndiriciləri ilə elanlar veriləcək, stansiyalarda sərnişinlərə davamlı olaraq müvafiq tövsiyələrin verilməsi intensivləşdiriləcək.
Sərnişinlərin bir daha evdə qalmaları, özünütəcrid prinsiplərinə əməl etmələri, metropolitendən yalnız kəskin zərurət yaranacağı təqdirdə istifadə etmələri, metrodan istifadə edərkən ara məsafənin qorunmasına daha diqqətli olmaları tövsiyə edilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!