Mesut Hakkı Caşin: Azərbaycanın Vətən müharibəsi dünya hərb tarixinin ən böyük uğurlarından biridir
Müstəqilliyinin bərpasının 30-cu və Vətən müharibəsində əldə edilən Zəfərin birinci ildönümü münasibətilə bütün qardaş Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən bütün oğullarımıza Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Azərbaycan Ordusunun zabitlərinin yetişdirilməsində əməyim olduğu üçün çox qürurluyam.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Prezident Administrasiyasının Təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, Yeditəpə Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Mesut Hakkı Caşin Azərbaycan mediasına müsahibəsində bildirib.
Bu gün Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan M.H.Caşin iki qardaş ölkə arasındakı sıx münasibətlərin mənfəət üzərində deyil qarşılıqlı sevgi və hörmət əsasında qurulmasından irəli gəldiyini qeyd edib.
Bildirilib ki, uzun illər işğal altında olan torpaqların azad edildiyi 44 günlük müharibə ərzində 30 illik hərbi mövqelər aşıldı. Bu müharibədə Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatlarının (SİHA) istifadəsi isə hərbi taktika və strategiyaların dəyişməsinə səbəb oldu. Yəni, strateji hədəflər daha sürətlə vuruldu, raket və tanklar çox qısa zaman ərzində zərərsizləşdirildi. Nikol Paşinyanın rəhbərlik etdiyi ordu isə beynəlxalq hüquqa zidd olaraq ən ağır raketlərlə dinc əhalini hədəf alsa da Azərbaycan xalqı bir addım belə geri çəkilmədi. Azərbaycanın 30 illik strateji səbri də torpaqların işğaldan azad edilməsinin təməllərindən biri oldu. İstər 44 günlük Vətən müharibəsi, istərsə də Azərbaycanın uzun illər davam edən bu səbri dünya hərb tarixinin ən böyük uğurlarından birinə imza atdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərli ilə geri qaytarılan torpaqlarla bərabər Azərbaycanın özünə inamının da artdığını ifadə edən müsahib, bunu olduqca vacib amil kimi qiymətləndirib: “Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən, başqalarından aldığı dəstək və yalan üzərində qurulan Ermənistan hakimiyyəti sonunda məğlubiyyəti ilə barışaraq danışıqlar masasına oturmağa məcbur oldu. Bundan sonrakı dövrə baxdıqda isə, əgər Ermənistan hazırda içində olduğu yoxsulluq vəziyyətindən çıxmaq istəyirsə danışıqlar masasına oturmalıdır. Qafqaz qarşıdurmalar üçün meydan yeri deyil. Bu bölgə ortaq mədəniyyəti başda olmaqla, hər bir xüsusiyyəti ilə sülh və əmin-amanlıq məskənidir”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!