26 May 2023 18:07
724
SİYASƏT
A- A+
Mərkəzi Seçki Komissiyası 2023-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

Mərkəzi Seçki Komissiyası 2023-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, cari il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılıb. Təqribən beş ay ərzində ardıcıl və sistemli şəkildə həyata keçirilən əhatəli prosesdən sonra 2023-cü il üzrə daimi seçici siyahılarının hazırlanmasına yekun vurulub.

Bu barədə AZƏRTAC-a Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Qeyd edək ki, seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hər ilin əvvəlindən daimi seçici siyahıları müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunduqdan sonra MSK-ya təqdim edilməlidir. Bununla bağlı müvafiq işlər görüldükdən sonra seçici siyahıları mayın 30-dək müvafiq seçki komissiyaları tərəfindən təsdiqlənməli və dövlət avtomatlaşdırılmış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilməlidir. Builki daimi seçici siyahılarının tərtib edilib dəqiqləşdirilməsi də Seçki Məcəlləsinin yuxarıda vurğulanan tələblərinə uyğun gerçəkləşdirilib.

Siyahıların tərtib edilib dəqiqləşdirilməsinə aşağı seçki komissiyalarının 38 mindən artıq üzvü cəlb olunub və bütün proses boyunca Daxili İşlər və Ədliyyə nazirliklərinin müvafiq orqanları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilib. Bu müddət ərzində MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki onlayn müraciət imkanı daim seçicilərin ixtiyarında olub, rəqəmsal platformalarda seçiciləri siyahılarda adlarını yoxlamağa dəvət edən posterlər yerləşdirilib və bütün bunlar görülən işlərin səmərəliliyinin daha da artırılmasında önəmli rol oynayıb. Həmişə olduğu kimi, bu il də siyahıların tərtib edilərək dəqiqləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən və texniki imkanları daha da təkmilləşdirilən xüsusi proqram təminatlarından geniş istifadə edilməsi prosesin bütünlüklə effektiv aparılmasına və seçici siyahılarının yüksək standartlara uyğun tərtib və çap olunmasına əhəmiyyətli töhfələr verib.

Mayın 26-da MSK üzvləri media təmsilçilərinin də iştirakı ilə Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirilib və siyahıların saxlanma şəraiti ilə tanışlıq olub. Məlumat verilib ki, vahid seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsində fasiləsiz onlayn rejimdə fəaliyyət göstərən dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan geniş istifadə edilib. “Seçkilər” informasiya şəbəkəsi üzərindən həyata keçirilən interaktiv ani məlumat mübadiləsi seçici siyahıları ilə bağlı görülən işləri daha da sürətləndirib, seçici siyahılarına daxil edilən seçicilərin məlumatlarının orfoqrafik təftişi, təkrar və oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilərək müvafiq addımların atılması, nöqsanların aradan qaldırılması, o cümlədən seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap olunmasını təmin edib.

Seçici siyahılarının çapı və saxlanması şəraiti ilə tanışlıqdan sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib. İclasda 2023-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələsinə baxılıb. Aparılan geniş müzakirələr zamanı Komissiya üzvləri bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da faydalanmaqla siyahıların dəqiqləşdirilməsi prosesinin və görülən işlərin daha da təkmilləşdirildiyini, səmərəliliyin yüksəldiyini xüsusi qeyd ediblər.

İclasda cari ilin əvvəllərindən may ayının sonunadək reallaşdırılan irimiqyaslı fəaliyyət barədə ətraflı məlumat verilib.

Sədr M.Pənahov dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Daxili İşlər və Ədliyyə nazirlikləri, yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.

Komissiyanın iclasında 2023-cü ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsinə, tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və müddətdə təsdiq olunması işinin müvafiq dairə seçki komissiyalarına həvalə edilməsinə, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiqləndikdən sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verilib.

Məlumat üçün qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 334 min 178 seçici daxil edilib. Onların 47,44 faizi kişi, 52,56 faizi isə qadınlardır.

Tədbirdə, həmçinin MSK-nın cari il aprelin 12-də keçirilmiş iclasının protokolu təsdiq olunub və bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!