29 Oktyabr 2026 10:35
169
İQTİSADİYYAT
A- A+
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb  

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb  

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5 faiz, aşağı həddi 5 faiz və yuxarı həddi isə 7,5 faiz səviyyəsində sabit saxlanılıb.

Bankdan AZƏRTAC-a bildirilib ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən ümumi və baza inflyasiya göstəricilərinin, inflyasiya gözləntilərinin və risklər balansının dinamikası nəzərə alınıb. Eyni zamanda, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər qiymətləndirilib.

İllik inflyasiya hədəf diapazonu (4±2 faiz) daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5,5 faiz təşkil edib ki, bu da avqustdakı analoji göstəriciyə nəzərən 0,2 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, ödənişli xidmətlər üzrə 5,1 faiz, qeyri-qida məhsulları üzrə isə 3,6 faiz olub. İllik baza inflyasiya 4,9 faiz təşkil edib.

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 milyon ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25,7 faizə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. Doqquz ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33,4 faiz artaraq 15,4 milyard ABŞ dollarına yüksəlib.

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarətində 10,5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-sentyabr aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830,5 milyon ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 70 faiz artıb. Əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026-cı və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib. Yenilənmiş proqnozlara görə cari əməliyyatlar hesabında 2026-cı ildə 8,5 milyard ABŞ dolları (ÜDM-in 10 faizindən yuxarı), 2027-ci ildə isə 5,4 milyard ABŞ dolları (ÜDM-in 6 faizdən yuxarı) məbləğində profisit gözlənilir.

Monetar sektor göstəriciləri izafi likvidlik şəraitində formalaşır. Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin sentyabr ayının sonuna 6,2 milyard manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb. Bu şəraitdə təminatsız pul bazarı üzrə istinad faizləri bir qədər azalmağa meyil edir. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin avqust ayında 6,31 faiz, sentyabr ayında 5,93 faiz, oktyabrın ötən dövründə isə 5,99 faiz olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların payı sentyabr ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 66,4 faiz təşkil edib.


Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır. Belə ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5,9 faiz olacağı gözlənilir. İyul proqnozu ilə müqayisədə inflyasiya proqnozu 2026-cı ilə 0,2 faiz bəndi aşağı, 2027-ci ilə isə 0,1 faiz bəndi yuxarı dəyişdirilib. Qeyd edək ki, baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur.


İnflyasiya üzrə risklər əsasən beynəlxalq mühitlə bağlıdır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi, digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozları əsasən bu risklərin reallaşma miqyasından asılı olaraq yenilənəcəkdir. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir.


Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər nəzərə alınmaqla qəbul ediləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənliklər və onların daxili iqtisadiyyata ötürülmə intensivliyi diqqətə alınaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenaridə nəzərdən keçiriləcək.


Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il dekabr ayının 23-də ictimaiyyətə açıqlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qusarda ziyanvericilərə qarşı mübarizədə bağbanlara yardım olunur

13:31
29 Oktyabr

Masallının Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib  

13:26
29 Oktyabr

Şəhidlər Elməddin Məmmədli və Ramid Əliyevin məzarları ziyarət olunub  

13:07
29 Oktyabr

Göygöldə “44” filminin ilk tamaşaçıları şəhid ailələri olublar  

12:57
29 Oktyabr

Ağstafada Zəfər Gününə həsr olunmuş tamaşa göstərilib

12:49
29 Oktyabr

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

12:48
29 Oktyabr

Azərbaycan beynəlxalq dialoqun, multikulturalizmin və davamlı sülhün təşviqində mühüm rol oynayır  

12:36
29 Oktyabr

Gəncədə vergi işçiləri və sahibkarlar bir araya gəliblər  

12:29
29 Oktyabr

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub  

12:17
29 Oktyabr

Taleh Kazımov: Gələn il ÜDM 2,3 faiz artacaq

11:49
29 Oktyabr

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub 

11:37
29 Oktyabr

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

11:25
29 Oktyabr

Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

11:03
29 Oktyabr

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

10:40
29 Oktyabr

Bakıda Atatürkün abidəsi ziyarət olunub

10:39
29 Oktyabr

Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

10:38
29 Oktyabr

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb  

10:35
29 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:21
29 Oktyabr

Azərbaycan nefti 125 dollardan baha satılır

10:07
29 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib  

09:32
29 Oktyabr

Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib  

09:28
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!