30 Yanvar 2026 10:58
1576
Təhsil
A- A+
Mərkəzi Aran regionunda tədrisin keyfiyyəti müzakirə edilib  

Mərkəzi Aran regionunda tədrisin keyfiyyəti müzakirə edilib  


Elm və təhsil naziri Emin Əmrullayev Mərkəzi Aran Regional Təhsil İdarəsində Yevlax, Ucar, Mingəçevir, Göyçay, Ağdaş, Kürdəmir və Zərdab rayonları üzrə bir qrup qabaqcıl təhsil işçisi ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ümumtəhsil məktəblərində təhsil mühitinin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin artırılması, idarəetmənin səmərəliliyinin yüksəldilməsi və pedaqoji prosesin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəblərdə sağlam və təhlükəsiz təhsil mühitinin formalaşdırılmasının əsas prioritetlərdən biri olduğunu qeyd edib. Nazir vurğulayıb ki, təhsil müəssisələrində mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması regionların ümumi inkişafına, təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsinə və şagird nailiyyətlərinin artmasına birbaşa təsir göstərir.

Görüşdə ibtidai siniflərdə tədrisin təşkili və bu mərhələdə müşahidə olunan problemlərə xüsusi diqqət ayrılıb. Emin Əmrullayev ibtidai təhsilin bütün təhsil pillələri üçün baza rolunu oynadığını qeyd edərək bu sahədə yaranan çətinliklərin vaxtında aradan qaldırılmasının gələcək təlim nəticələri baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Nazir müasir pedaqoji yanaşmaların tətbiqinin vacibliyini vurğulayaraq tədris prosesində şagirdyönümlü metodların, tənqidi düşünmə və əməkdaşlıq bacarıqlarının formalaşdırılmasına xidmət edən yanaşmaların genişləndirilməsinin önəmini qeyd edib. Eyni zamanda, layihə əsaslı öyrənmənin şagirdlərin bilik və bacarıqlarının real həyat situasiyalarında tətbiqinə imkan yaratdığını, bu yanaşmanın təlim motivasiyasını artırdığını diqqətə çatdırıb.

Görüş zamanı şagirdlər üçün hazırlanmış dərsliklərin məzmunu və tədris prosesində istifadəsi məsələlərinə də toxunulub. Nazir dərsliklərin şagirdlərdə oxuyub-anlama, məntiqi düşünmə və tətbiqetmə bacarıqlarının inkişafına xidmət etməsinin vacibliyini qeyd edib, bu istiqamətdə müəllimlərin rəy və təkliflərinin əhəmiyyətini vurğulayıb.

Direktor və müəllimlər tərəfindən tədris prosesinin təşkili, metodiki dəstək, ibtidai siniflərdə təlimin keyfiyyəti, layihə əsaslı öyrənmənin tətbiqi və dərsliklərlə bağlı sual və təkliflər səsləndirilib.

Görüşün sonunda təhsil ictimaiyyəti ilə birbaşa dialoqun əhəmiyyəti vurğulanıb, regionlarda fəaliyyət göstərən məktəb rəhbərlərinin və müəllimlərin təşəbbüskarlığının dəstəklənəcəyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş sisteminin tətbiqi gündəmdədir  

19:55
18 Mart

Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir 

19:27
18 Mart

Məsud Pezeşkian İranın kəşfiyyat nazirinin həlak olması xəbərini təsdiqləyib  

19:08
18 Mart

Gürcüstanın yeni Katolikos-Patriarxı məlum olub

19:01
18 Mart

Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub YENİLƏNİB

18:55
18 Mart

Əhalinin gəlirləri açıqlanıb

18:43
18 Mart

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb

18:41
18 Mart

Çin şirkəti Azərbaycanla yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlıdır  

18:31
18 Mart

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub  

18:23
18 Mart

DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur

18:16
18 Mart

Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib  

18:09
18 Mart

İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

17:53
18 Mart

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz artıb

17:49
18 Mart

Yanvar-fevral ayları ərzində Azərbaycanda hər bir istehlakçı ayda 635 manat xərcləyib  

17:41
18 Mart

İqtisadi fəal əhalinin sayı açıqlanıb

17:39
18 Mart

BDU ilə XİN arasında əməkdaşlığın genişləndirilməsi üzrə fəaliyyət planı hazırlanacaq  

17:36
18 Mart

İraq Türkiyə üzərindən neft tranzitini bərpa edib

17:31
18 Mart

Ödənişli atalıq məzuniyyətinin könüllü və ya məcburi olmasına aydınlıq gətirilib

17:24
18 Mart

Premyer Liqa: “Araz-Naxçıvan” səfərdə üç xal qazanıb  

17:14
18 Mart

“Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İB-nin adı dəyişdirilib  

17:09
18 Mart

Gürcüstan Patriarxı Sionu Kafedralında dəfn olunacaq

17:06
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!