27 May 2025 08:20
391
CƏMİYYƏT
A- A+
Mərhəmət, insanpərvərlik və humanizmin növbəti təcəssümü

Mərhəmət, insanpərvərlik və humanizmin növbəti təcəssümü


Prezident İlham Əliyevin əfvlə bağlı sərəncamı 220 nəfərə şamil olundu


Azərbaycanın inkişafının və yüksəlişinin ən böyük göstəricilərindən biri cəmiyyətimizdə tarixən var olan humanizm dəyərlərinin daha da güclənməsidir. 

Prezident İlham Əliyev tərəfindən hər il imzalanan əfv sərəncamları, habelə müxtəlif vaxtlarda Milli Məclis tərəfindən amnistiyaların elan olunması xalqımızın humanizm dəyərlərinə bağlılığının ən bariz nümunələridir.

Prezident İlham Əliyev tərəfindən mayın 26-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamın imzalanması bir daha təsdiq etdi ki, respublikamızda humanizm və insanpərvərlik dəyərlərinə nə qədər böyük yer verilir. Sərəncama əsasən müxtəlif cəzalara məhkum edilmiş ümumilikdə 220 nəfər əfv edilib.

Respublikamızda əfvetmə institutunun  yaradılması xalqımızın Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır.  Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkəmizdə qanunçuluğun təmin olunması ilə yanaşı, humanizm siyasəti çərçivəsində də çoxsaylı tədbirlər həyata keçirilib, o cümlədən əfv və amnistiya təsisatları bərpa olunub. Cəzasının müəyyən bir hissəsini çəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunmuş şəxslərin əfv edilməsi, bağışlanması, onlara yeni şans verilməsi artıq uzun illərdir ki, ənənəyə çevrilib. 

Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb və bu, 3 mindən artıq məhkuma şamil olunub. Ümummilli Liderin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən 1996-2003-cü illərdə 7 dəfə amnistiya elan edilib, 21 mindən çox məhkum azadlığa buraxılıb, ümumilikdə 78 mindən artıq məhkuma amnistiya aktları şamil olunub. Bu humanist addımlar tərbiyəvi əhəmiyyət daşıyıb, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin edib. 

Respublikamızda humanizm dəyərlərinə bağlılığın nəticəsi kimi ölüm hökmü də aradan qaldırılıb. Respublikamızın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Əvvəlcə 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib. 

Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə isə cinayət cəzasız qalmır. Törədilən hər bir cinayət əməlinə görə təqsirləndirilən şəxslərə ölkə qanunlarına əsasən müvafiq cəza verilir. Eyni zamanda törətdiyi əmələ görə peşmançılıq keçirən və əvf olunması mümkün sayılan məhkumların müraciətlərinə diqqətlə yanaşılır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirən Prezident İlham Əliyev bayram və əlamətdar günlərdə imazaladığı  əfv sərəncamları ilə törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam azad olunurlar.

Dövlətimizin başçısı dünən bu qəbildən olan növbəti sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub. Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib. Prezidentin cərəncamı ümumilikdə 220 nəfərə şamil edilib.

Əfv edilənlərdən 5 nəfər İran, 4 nəfəri Rusiya, 2 nəfəri Pakistan, 2 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Fransa, 1 nəfəri isə Əfqanıstan vətəndaşıdır.

Prezident İlham Əliyevin 28 May - Müstəqillik Günü ərəfəsində imzaladığı növbəti əfv sərəncamı ilə 200-dən artıq ailədə  ikiqat bayram sevinci yaşandı. Bu hadisə həm də Azərbaycanda bərqərar olan yüksək humanizm dəyərlərinin növbəti təntənəsinə çevrildi. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!