22 Dekabr 2024 01:21
9236
Hüquq məsləhəti
A- A+
Mənim sualım var

Mənim sualım var

 Elm adamıyam. 1992-ci ildə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi mənə Ləhiş bağ massivində torpaq sahəsi ayrılıb. 12 sot torpaq sahəsinə orderim var. İndi torpağa dair çıxarış almaq istəyirəm, amma Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) imtina yazıb ki, ərazinin hasarı yoxdur. İkinci dəfə "Asan xidmət"ə müraciət etdim. Əraziyə baxış keçirildi. Dedilər ki, yanından yol keçir, hasar yoxdur, koordinatları göstərə bilmərik. Yenə imtina cavabı aldım. Məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərəm?

A.Əliyev,

Bakı şəhəri

 

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar və qaydalar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq tənzimlənir. Həmin əsaslar 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır. Qeyd olunan sənədlərdən başqa, siz "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 10.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində bina, qurğu, tikililərin və digər daşınmaz əmlak (onların tərkib hissələri) yerləşirsə, onların texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənədi hüquqlarınızın qeydiyyatı ilə bağlı DƏDKR-ə ünvanlanacaq ərizəyə əlavə etməlisiniz.

Əgər torpaq sahəsinin plan və ölçüsü yoxdursa, onun alınması üçün siz "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6.1.5-ci maddəsinə əsasən, mərzçəkmə işlərinin görülməsi ilə bağlı DƏDKR-ə müraciət etməlisiniz.

Göründüyü kimi, vətəndaşdan yuxarıda qeyd olunan sənədlərdən başqa digər - hasar çəkilməsi və s. kimi  işlərin görülməsinə dair sənədlər tələb oluna bilməz.

Vətəndaş üçün tələb, dediyimiz kimi, adıçəkilən  qanunun 8-10-cu maddələrində qeyd olunan sənəd və qaydalardır.

Əgər müraciətiniz yuxarıdakı meyarlara cavab verməsinə baxmayaraq, inzibati orqandan imtina cavabı almısınızsa, siz inzibati prosessual qanunvericiliyə uyğun olaraq, həmin qurumdan Bakı İnzibati Məhkəməsinə şikayət edərək inzibati orqanın üzərinə öhdəlik qoyulması ilə bağlı tələb irəli sürə bilərsiniz. Əlavə edək ki, əgər əlinizdə torpağın plan-cizgisi yoxdursa, bununla bağlı dövlət arxivinə də müraciət edilə bilər.

Məhkəmə bir qayda olaraq orqanın üzərinə qeydiyyat üçün əsas olan sənədlərin qəbul olunması və həmin şəxsin əmlak hüquqlarının tanınması barədə öhdəlik qoyur və qərar vətəndaşın xeyrinə çıxarıldığı halda bunun əsasında torpağa dair çıxarış verilir.

 

Universiteti 2023-cü ildə bitirmişəm. 9 aya yaxındır ki, işləyirəm. Bilmək istəyirəm ki, əyani təhsil illərim əmək stajında nəzərə alınmalıdırmı?

 

Sualınızla bağlı bildiririk ki, Əmək Məcəlləsində "əmək stajı" və "əmək stajına daxil olan dövrlər"in anlayışları verilməsə də, məcəllənin bir sıra maddələrinin təhlilinə və ölkəmizdə oturuşmuş təcrübəyə əsasən, "əmək stajına daxil olan dövr" dedikdə işçinin faktiki olaraq işlədiyi dövr nəzərə alınır. Məsələn, Əmək Məcəlləsinin əlavə məzuniyyətlərin müddətləri və onun verilməsi ilə bağlı məsələləri tənzimləyən 116-cı maddəsinə əsasən, əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bundan başqa, şəxsə gələcəkdə pensiya təyinatı ilə bağlı "sığorta stajı" anlayışı da nəzərə alınmalıdır. Belə ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsilə tənzimlənir. Həmin maddədə isə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır.

Qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, əmək stajının müddəti işçinin faktiki işlədiyi dövrlə məhdudlaşdırılmışdır və təhsil dövrü iş stajını təşkil edən müddətə daxil edilməmişdir.

 Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb  

22:57
17 Mart

Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb  

22:50
17 Mart

Şuşada İlaxır çərşənbə: Qala qapısı qarşısında bayram tonqalı qalanıb  

21:23
17 Mart

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb  

20:51
17 Mart

Tramp NATO-dan çıxmaq barədə: Bu düşünməli olduğumuz bir məsələdir  

20:43
17 Mart

Xocavənd şəhərində 34 ildən sonra Novruz bayramının rəmzi olan tonqal alovlandırılıb  

20:19
17 Mart

Ağdam şəhərində Novruza həsr olunmuş bayram konserti

20:03
17 Mart

Tramp: Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur

19:47
17 Mart

Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub

19:01
17 Mart

Milli Məclis Aparatının rəhbəri: Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlıq qurulub

18:21
17 Mart

İranla müharibəyə görə ABŞ-də ilk istefa

18:17
17 Mart

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:05
17 Mart

Məcnun Məmmədov: Kənd təsərrüfatı innovasiya, texnologiya və sahibkarlığın birləşdiyi strateji sahəyə çevrilir  

17:58
17 Mart

“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiqlənib  

17:43
17 Mart

Hörmüz boğazında böhran qlobal maliyyə sistemində sarsıntıları dərinləşdirir  

17:37
17 Mart

Neft qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri 40 faizdən çox artıb  

17:13
17 Mart

“Paris-2024”də 2-ci yeri tutan Azərbaycan boksçusunun da medalı dəyişdiriləcək  

17:08
17 Mart

Polşa Baş nazirinin müavini Azərbaycana qarşı həyata keçirilən dron hücumlarını pisləyib  

17:00
17 Mart

“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb  

16:57
17 Mart

Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

16:56
17 Mart

Kənd təsərrüfatı nazirinin müavini Goranboyda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

16:50
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!