24 Yanvar 2026 09:25
6538
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Güclü yağışdan sonra həyətimi su basıb, su evə dolub və mənzilə ciddi ziyan dəyib. Bu halda kömək üçün hara müraciət etməliyəm və dəymiş ziyana görə kim kompensassiya ödəməlidir?

Seyidağa MƏMMƏDOV,

Abşeron rayonu


- Yağışdan sonra həyət və evinizi su basmasına görə hara müraciət edəcəyiniz barədə bildiririk ki, əgər hələ də təhlükə mövcuddursa və kömək lazımdırsa,  ilkin olaraq Fövqəladə Hallar Nazirliyinə (112) müraciət edib kömək çağırın. Əgər həyətinizin (torpaq sahəsinin) və ya evinizin sığortası varsa, dərhal sığorta şirkəti ilə əlaqə saxlayın və baş vermis sığorta hadisəsini bildirin. 

Dəymiş ziyan məsələsinə gəlincə, burada ilk növbədə zərərin rəsmi qeydiyyatı müəyyən edilməlidir, çünki gələcəkdə kompensasiya və ya iddia tələbi üçün bu, çox vacibdir. Odur ki, həyətin (torpaq sahəsinin) və ya evin yerləşdiyi ərazi üzrə bələdiyyəyə və ya rayon icra hakimiyyətinə müraciət edərək onlardan yağışdan sonra su basması ilə əlaqədar akt (protokol) tərtib etmələrini tələb edin.  Tərtib edilmiş akt hadisənin mövcudluğu və ziyanın baş verməsi faktının rəsmi sənədi olacaq və gələcəkdə irəli sürüləcək iddialar üçün başlıca sənəd (sübut) sayılacaqdır. Həmçinin sübut qismində subasma nəticəsində zərər görmüş əşyaların şəkil və videolarını çəkmək çox faydalıdır.

Dəymiş ziyana görə məsuliyyət məsələsinə gəlincə, sadəcə güclü yağış nəticəsində yaranmış təbii fəlakətlərdə dövlətin birbaşa hər ziyana kompensasiya ödəmək məcburiyyəti yoxdur. Amma bəzi hallarda fövqəladə hallar nəticəsində böyük ziyan olduqda (məsələn, geniş daşqınlarda və s.), dövlət xüsusi qərarla zərərçəkmiş vətəndaşlara yardım və kompensasiya nəzərdə tuta bilər. Əgər belə bir xüsusi qərar mövcuddursa o zaman ondan yararlanmaq üçün ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərsiniz. Əgər zərər obyektiv olaraq sizin xaricinizdə, amma müəyyən bir şəxsin və ya qurumun məsuliyyətsizliyi (məsələn, kanalizasiya sisteminin düzgün işləməməsi, ərazidə düzgün qurulmamış drenaj şəbəkəsi, MTK və ya idarəetmə şirkətinin düzgün olmayan xidməti və s.) nəticəsində yaranıbsa, onda o şəxslərə qarşı mülki iddia qaldıra bilərsiniz.


-  Əmək Məcəlləsində dəyişiklik edilib. Yeni dəyişikliyə görə, azı 46 təqvim günü əmək məzuniyyəti verilən işçilərin sırasına Azərbaycan Respublikasının ən yüksək təltiflərinə layiq görülmüş şəxslər də daxildir. 

Bilmək istəyirəm, əməkdar ad və "Tərəqqi" medalı bu kateqoriyaya aiddirmi? Ümumiyyətlə, "ən yüksək təltif" anlayışı altında konkret olaraq hansı dövlət mükafatları nəzərdə tutulur?

Musa ƏLİYEV,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, 16 yanvar 2026-cı il tarixli qanunun 1.70-ci bəndinə görə, Əmək Məcəlləsinin 120-ci maddəsi yeni redaksiyada verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 120-ci (Xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti) maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarına, Azərbaycanın Milli qəhrəmanlarına, Sovet İttifaqı qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Göründüyü kimi, normada Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilər də nəzərdə tutulmuşdur.

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" 10 noyabr 1992-ci il tarixli qanunun 1-ci bəndinə görə, Azərbaycan Respublikasının ən yüksək təltifi - "Heydər Əliyev" ordenidir. Odur ki, əməkdar ad və "Tərəqqi" medalı Azərbaycan Respublikasının ən yüksək təltifi hesab olunmur.

Bundan başqa, "Azərbaycan Respublikasının ən yüksək təltifi" ilə "Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi"ni və "Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi"ni də bir-birindən fərqləndirmək lazımdır. Belə ki, 12 iyul 1995-ci il tarixli qanunla təsdiq edilmiş ""Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında" Əsasnamənin 1-ci bəndinə görə,  "Azərbaycanın Milli Qəhrəmanı" adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Həmçinin 26 noyabr 2020-ci il tarixli qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

22:26
29 Avqust

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

20:53
29 Avqust

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

20:30
29 Avqust

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

19:47
29 Avqust

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

18:59
29 Avqust

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

17:51
29 Avqust

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

17:21
29 Avqust

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

16:03
29 Avqust

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

15:53
29 Avqust

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

15:32
29 Avqust

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

15:14
29 Avqust

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

14:27
29 Avqust

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

13:25
29 Avqust

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

13:06
29 Avqust

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək

12:45
29 Avqust

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

12:06
29 Avqust

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

12:04
29 Avqust

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!