07 Dekabr 2023 10:50
237
DÜNYA
A- A+
Məktəblilərin savadlılığı aşağı düşür

Məktəblilərin savadlılığı aşağı düşür

 

Ən ağır vəziyyət Fransa və Almaniyadadır

 

Təhsil ekspertlərinin fikrincə, məktəblilərin savadlılığının qlobal reytinqinə Asiya ölkələri başçılıq edir. Estoniya Avropada liderdir. Amma bir çox ölkələrdə göstəricilər aşağı düşüb. Hesabata əsasən, Asiya ölkələri "PISA 2022" (Beynəlxalq Məktəblilərin Qiymətləndirilməsi Proqramı) sorğusunda daha yaxşı nəticə göstərib.
Üç ildən bir nəşr olunan PISA araşdırması (bu dəfə koronavirus pandemiyasından sonra bir il gecikdirilib - R.C.) hökumətlər tərəfindən yaxından izlənilən qlobal meyar halına - etalona çevrilib. 2000-ci ildən etibarən o, 15 yaşlı şagirdlərin elm, riyaziyyat və oxu bacarıqları üzrə təhsil sistemlərinin fəaliyyətini qiymətləndirir. Hər dəfə bu üç sahədən biri daha ətraflı araşdırılır.
2022-ci ildə 81 ölkə və ərazidə 690 000 gənc yoxlamalarda iştirak edib. Bu dəfə riyaziyyat sahəsində təhsil sistemlərinin effektivliyi daha ətraflı araşdırılıb. Araşdırmanın nəticələrinə görə, Sinqapur liderdir. Ondan sonra Makao, Tayvan, Honq-Konq, Yaponiya və Koreya Respublikası gəlir.
Beynəlxalq Əməkdaşlıq və İnkişaf Təşkilatına (BƏİT) üzv olan ölkələrdə COVID pandemiyasından sonra bu sahədə "görünməmiş eniş" müşahidə edilib.
Bununla belə, ekspertlər qeyd edirlər ki, ölçülən 3 sahədə balların azalması yalnız qismən pandemiya ilə izah oluna bilər, çünki bir sıra ölkələrdə, o cümlədən oxu və elmdə ballar artıq azalırdı, riyaziyyatda isə mənfi tendensiyalar, həm də son tədqiqatın aparıldığı Fransada 2018-ci ildən əvvəl də nəzərə çarpırdı. 
BƏİT-nin təhsil üzrə mütəxəssisi Erik Şarbonye deyir ki, onlar Asiya ölkələrinin, xüsusən də riyaziyyatda həqiqətən liderlər kimi yüksəldiyini görürlər.
Avropa ölkələri arasında Estoniya liderlik edir və eyni zamanda riyaziyyat üzrə qlobal ilk onluğa daxildir. Fransadan başqa, göstəricilərin ən kəskin azalmaları Almaniya və Polşada olub. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb

11:30
05 Noyabr

COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əks-qəza məşqləri keçirilib 

11:29
05 Noyabr

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək  

11:24
05 Noyabr

Müsəlman Ağsaqqallar Şurasının Baş katibi: Bakıda Dünya dini liderlərinin qlobal Sammitinin keçirilməsi olduqca əhəmiyyətli hadisədir  

11:24
05 Noyabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

11:10
05 Noyabr

Çempionlar Liqası: “Real Madrid” “Milan”ı, “Liverpul” “Bayer”i qəbul edəcək  

10:29
05 Noyabr

DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

10:28
05 Noyabr

Prezident İlham Əliyev: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır  

10:27
05 Noyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına  

10:24
05 Noyabr

Şəkidə oğurluq edən maskalı şəxslər tutulub

09:57
05 Noyabr

Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir YENİLƏNİB  

09:56
05 Noyabr

Orta Dəhlizlə yükdaşımaların həcmi 2030-cu ilə qədər 10 milyon tona çatacaq  

09:51
05 Noyabr

ABŞ-da seçki məntəqələri əməkdaşları təhdidlərlə üzləşiblər

09:33
05 Noyabr

Almaniya Ukraynaya əlavə 200 milyon avro yardım ayıracaq  

09:31
05 Noyabr

İqlim dəyişikliyi sağlamlığımızı da təhdid edir

09:00
05 Noyabr

Tramp, yoxsa Harris?!

08:55
05 Noyabr

Döyüş meydanında sona çatan 30 illik ömür yolu

08:50
05 Noyabr

Vüsala yetməyən ömür

08:45
05 Noyabr

"Biz çox şadıq ki, COP29 Azərbaycanda keçirilir"

08:40
05 Noyabr

“Yaşıl paytaxt”ın yeni abadlıq ünvanı

08:35
05 Noyabr

Prezident islahatlarının daha bir uğurlu nümunəsi

08:30
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!