08 Dekabr 2023 10:50
7813
Oxucu məktubları
A- A+

Məhəllənin səliqə-sahmanı sakinlərdən də asılıdır

 

Sumqayıt son illər səliqəli küçələri, abad parkları və təmiz məhəllələri ilə diqqəti cəlb edir. Yaşadığımız 2-ci mikrorayon belə yaşayış sahələrindəndir. 
Şəhərin ilk nümunəvi ərazilərindən olan məhəlləmizdə hər il abadlıq işləri görülür. Hazırda yaşayış binalarının ətrafında qışa hazırlıqla bağlı təmir işləri sona çatmaq üzrədir. Həmin işlər çərçivəsində həyətdəki park yerləri ağardılaraq normal hala gətirilib. Bu işdə  kommunalçılara mikrorayon sakinləri də yaxından kömək edirlər. Hamı yaxşı bilir ki, məhəllənin abad və təmizliyi öncə sakinləri məmnun edir.

Xanbala MƏHMƏDOV,
Sumqayıt şəhəri 2-ci mikrorayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video