23 May 2025 01:06
1612
Qanunlar
A- A+
"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597 (Cild I); 2024, № 1, maddə 14; 2025, № 1, maddə 1) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.8-ci maddədə "mübahisənin (mövcud və ya gələcəkdə yarana biləcək)" sözləri "mövcud mübahisənin" sözləri ilə əvəz edilsin.

2.3.5-ci maddənin birinci cümləsinə "binalarında" sözündən sonra "Mediasiya Şurasının məlumatına əsasən" sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 9.3.2-1-ci maddə əlavə edilsin:

"9.3.2-1. bu Qanunun 36.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, mediasiya xərclərini ödəmək;".

4. 10-cu maddə üzrə:

4.1. 10.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"10.2. Din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 (üç) il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməzlər.";

4.2. aşağıdakı məzmunda 10.4-1-ci maddə əlavə edilsin:

"10.4-1. Mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı iki otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır.".

5. 11-ci maddə üzrə:

5.1. 11.3.3-cü maddəyə "ibarət" sözündən sonra "Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən" sözləri əlavə edilsin;

5.2. 11.5.4-cü maddəyə "sonradan" sözündən sonra "bilə-bilə təhrif olunmuş və ya" sözləri əlavə edilsin;

5.3. 11.5.6-cı maddədə "üzvlük haqqını" sözləri "bu Qanunun 19.3-cü maddəsinə uyğun olaraq üzvlük haqqını il ərzində" sözləri ilə əvəz edilsin;

5.4. 11.6-cı maddədən "(bu Qanunun 11.5.5-ci və 11.5.6-cı maddələrinə əsasən çıxarılması isə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı)" sözləri çıxarılsın.

6. 14.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş ildir.".

7. 16-cı maddə üzrə:

7.1. 16.2.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"16.2.1. irad tutma;";

7.2. aşağıdakı məzmunda 16.2-1-ci maddə əlavə edilsin:

"16.2-1. Bu Qanunun 16.2-ci maddəsində göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıqedilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.".

8. 17-ci maddə üzrə:

8.1. 17.2.8-ci maddəyə "sonradan" sözündən sonra "bilə-bilə təhrif olunmuş və ya" sözləri əlavə edilsin;

8.2. 17.2.10-cu maddədə "üzvlük haqqını" sözləri "bu Qanunun 19.3-cü maddəsinə uyğun olaraq üzvlük haqqını il ərzində" sözləri ilə əvəz edilsin;

8.3. 17.3-cü maddədən "(bu Qanunun 17.2.7-ci, 17.2.9-cu və 17.2.10-cu maddələrinə əsasən çıxarılma isə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı)" sözləri çıxarılsın.

9. 20-ci maddə üzrə:

9.1.20.1.13-cü maddədən ", bu Qanunun 11.6-cı və 17.3-cü maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə qarşısında müvafiq məsələ qaldırır" sözləri çıxarılsın;

9.2. aşağıdakı məzmunda 20.1.15-1-ci maddə əlavə edilsin:

"20.1.15-1. mediatorların və mediasiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görür;".

10. 21-ci maddə üzrə:

10.1. 21.4-cü maddəyə "mülki," sözündən sonra "ailə, əmək," sözləri əlavə edilsin;

10.2. 21.5-ci və 21.6-cı maddələr aşağıdakı redaksiyada verilsin:

"21.5. Mediasiya prosesi bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş "mediasiya prosesinin tətbiqi barədə müqavilə" bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.

21.6. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı və ya mediasiya təşkilatı göstərilməyibsə və tərəflər öz aralarında bir tərəfin müraciəti üzrə 7 (yeddi) gün ərzində mediator ya da mediasiya təşkilatı barədə razılığa gələ bilmirsə, mediasiya prosesi tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır.";

10.3. 21.7-ci maddə ləğv edilsin;

10.4. 21.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"21.8. Mediator (mediasiya təşkilatı) bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulan hallarda bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 (beş) gün əvvəl təqdim edilməlidir.";

10.5. 21.9.2-ci maddədə "halda" sözü "və ya tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu hallarda" sözləri ilə əvəz edilsin;

10.6. 21.9.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 21.9.3-cü, 21.9.4-cü maddələr ləğv edilsin.

11.23.2-ci maddəyə "müqavilə"də" sözündən sonra "və ya tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə" sözləri əlavə edilsin.

12. Aşağıdakı məzmunda 26.7-ci və 27.3-cü maddələr əlavə edilsin:

"26.7. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar bu Qanunun 26.6-cı maddəsində nəzərdə tutulmuş təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.";

"27.3. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulmuş təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.".

13. 28-ci maddə üzrə:

13.1. 28.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur.";

13.2.28.2-ci maddədə ikinci halda "mediator" sözü "mediasiya" sözü ilə əvəz edilsin;

13.3. 28.3-cü maddə üzrə:

13.3.1. birinci cümlədə "Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər" sözləri "Tərəflər" sözü ilə əvəz edilsin və həmin cümləyə "isə" sözündən sonra "Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və" sözləri əlavə edilsin;

13.3.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edir.".

14. 29.2-ci maddənin birinci cümləsində "22-ci" sözləri "22.1-ci" sözləri ilə, "həmin şəxslərə" sözləri "ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə" sözləri ilə əvəz edilsin.

15.31.2-ci maddə üzrə:

15.1. ikinci cümləyə "isə" sözündən sonra "Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və" sözləri əlavə edilsin;

15.2. üçüncü cümlədə "mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə" sözləri "Mediasiya Şurası" sözləri ilə əvəz edilsin.

16. 32-ci maddə üzrə:

16.1. 32.1.8-ci maddəyə "çıxarıldıqda" sözündən sonra "və ya mediator və ya mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqda" sözləri əlavə edilsin;

16.2. 32.1.9-cu maddədən "21.8-ci," sözləri çıxarılsın;

16.3. 32.2-ci maddənin birinci cümləsinə "tərəfindən" sözündən sonra "müvafiq qeydlər edilməklə" sözləri əlavə edilsin.

17. 36.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"36.8. Mediasiya prosesinə xitam verildikdən sonra mediator tərəflərə çəkilmiş xərclər barədə hesabat verir və bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən xərclər istisna olmaqla xərclənməmiş qalıq məbləği onlara qaytarır.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 aprel 2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!