Mavi almazlar Yerin geoloji sirrini saxlayır
Monarxların, bankirlərin, varislərin və oğruların əlindən keçən və hazırda Vaşinqtondakı Smitson İnstitutunun Təbiət Tarixi Muzeyində saxlanılan 45,52 karatlıq nadir “The Hope Diamond”un (“Ümid almazı”) mürəkkəb tarixi var. Lakin bu qiymətli daşın geoloji tarixi daha dərindir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu və digər mavi almazları tədqiq edən geoloqların hesabatı dərc olunub. Alimlər 46 mavi almazı, o cümlədən 2016-cı ildə 25 milyon dollara satılan Cənubi Afrika brilyantını laboratoriya şəraitində analiz ediblər. Yerin aşağı mantiya adlanan 660 kilometr dərinliyində formalaşdığı bildirilən bu qiymətli daşların tərkibində nazik mineral təbəqələrinin ləkələri göstərib ki, onlar mədəndə çıxarılan adi almazlardan tamamilə fərqlidir. Belə ki, almaz təmiz karbonun böyük isti və təzyiq altında kristallaşmasının məhsuludur. Mavi almaz isə su mənbəyi olan minerallardan yaranmaqla minilliklər öncə dəniz florasının bir hissəsi olub. Tədqiqatlar göstərib ki, bu daşlar tektonik təbəqələrin yerdəyişməsi nəticəsində üzə çıxıb.
Geoloji tədqiqatlar zamanı məlum olub ki, qiymətli daşın mavi rəngi onun tərkibindəki bor kimyəvi elementi ilə izah olunur. Bu element milyon illər əvvəl okean sularında dəniz florasının yarandığı qayalarda mövcud olub. Amerikalı alim İven Smit “Nature” jurnalında dərc etdirdiyi məqaləsində yazıb: “Bu faktlar mavi almazın formalaşmasının tutarlı sübutlarıdır. Tədqiqatlardan öncə biz bu daşın yaranma tarixi haqqında heç nə bilmirdik, amma indi onun okeanın dibindəki hansı qayalarda yarandığını və bor elementindən əmələ gəldiyini müəyyən edə bildik”.
Alim əlavə edib ki, “The Hope Diamond”un bənzəri olan və “2016-cı ildə rekord baha qiymətə - 57,5 milyon dollara satılan “Oppenheimer” mavi almazı yerin ən dərin qatından çıxarılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!