09 Oktyabr 2026 16:59
909
CƏMİYYƏT
A- A+
Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  


8 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Çaxırlı kəndində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Bağırov Namiq Nurəddin oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində RİH başçısı Aparatının Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri Nəsib Bağırov, müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

İştirakçılar şəhid Namiq Bağırovun məzarını ziyarət edib, məzarına gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb. Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 


Seyran CAVADOV,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 96 dollara satılır

09:41
25 Noyabr

Çin “Şencou-24” kosmik missiyasını uğurla orbitə çıxarıb

09:38
25 Noyabr

NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinə müdaxilə ediblər

09:36
25 Noyabr

Çempionlar Liqası: “Real Madrid” PSV üzərində inamlı qələbə qazanıb  

09:28
25 Noyabr

Odessa bölgəsinə hava zərbəsi endirilib, ölənlər və xəsarət alanlar var

09:27
25 Noyabr

Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib

09:26
25 Noyabr

Avstraliya qaydaları sərtləşdirir

08:50
25 Noyabr

Dünyanın demoqrafik xəritəsi dəyişir

08:45
25 Noyabr

Qış qapıdadır

08:40
25 Noyabr

İrəvan tarixi seçim qarşısında

08:35
25 Noyabr

Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb

08:30
25 Noyabr

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrasını dəyərləndirib

08:25
25 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
25 Noyabr

TRIPP layihəsi reallığa çevrilir

08:15
25 Noyabr

Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 

08:10
25 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı 

08:05
25 Noyabr

Kəlbəcər Zəfərin işığında yenidən qurulur

08:00
25 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:38
25 Noyabr

“Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə 

00:37
25 Noyabr

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

22:49
24 Noyabr

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub 

22:38
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!