Maraq ifadə etməyə dəvət
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi (BMT QAK) məcburi köçkünlərə yönəlik üç (3) əsas sahədə layihələr hazırlamaq üçün ölkədəki potensial QHT tərəfdaşlarını müəyyən etməkdə maraqlıdır. Maraqlanan təşkilatlar aşağıdakı üç sahədən biri üçün konseptual təklif təqdim etməlidirlər:
- Gender bərabərliyinə və bu sahədə imkanların artırılmasına dəstək;
- İcma səfərbərliyinə dəstək;
- Partlayıcı vasitələrin riskləri ilə bağlı maarifləndirmə üçün məlumatlılıq səviyyəsinin artırılmasına dəstək.
Birdən artıq sahə ilə maraqlanan QHT-lər ayrı-ayrı konseptual təkliflər təqdim etməlidirlər. Konseptual təklifinizin tələblərə uyğunluğu və necə təqdim edəcəyinizlə bağlı təfərrüatlar "Maraq ifadə etməyə dəvətlərin" hər birində ayrıca təsvir edilmişdir.
Ətraflı məlumat üçün lütfən bu sayta daxil olun:
https://azerbaijan.un.org/en/200617-calls-expression-interest.
Konseptual təklif digər təsdiqedici sənədlərlə birlikdə cümə günü, 28 oktyabr 2022-ci il tarixdə, Bakı vaxtı ilə saat 17:00-a qədər təqdim edilməlidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulmasına 17 milyon mana...
04 Dekabr
Bu ilin on ayında Rusiyadan Türkiyəyə turist axını 26 faiz artıb
04 Dekabr
ÜST: İqlim dəyişmələri ilə bağlı səbəblər ucbatından hər il 250 min nəfər dünyasını dəyişəcək...
04 Dekabr
Nazir: Qızılca ilə bağlı hazırkı rəqəmlər pandemiya təhlükəsinin olmadığını göstərir...
04 Dekabr
Zəlzələ ilə bağlı Türkiyənin bütün əlaqədar qurumları səfərbər edilib
04 Dekabr
Mərmərə dənizində zəlzələ olub
04 Dekabr
Bakıda Cənubi Qafqazda mina probleminə həsr olunmuş dəyirmi masa keçirilir
04 Dekabr
Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib...
04 Dekabr
Rəsədxana: Geomaqnit qasırğası gözlənilir
04 Dekabr
Monitorinq Mərkəzinin rəsmisi: Saytlarda 1371 orfoqrafik səhv qeydə alınıb
04 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!