Malta Azərbaycanın bu ölkəyə investisiya yatırmasında çox maraqlıdır
Azərbaycanda səfərdə olan Malta Parlamentinin keçmiş sədri Mikael Frendo dünən Milli Məclisdə olub.
Parlamentin Sədri Oqtay Əsədov öncə qonağa Üçüncü Beynəlxalq Humanitar Forumla bağlı məlumat verib. Azərbaycanın Malta ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu deyən Oqtay Əsədov bildirib ki, iki ölkə arasında yalnız iqtisadi əlaqələr nisbətən zəif inkişaf edib. Ən son böyük ticari əlaqə 2008-ci ildə olub (52 milyon dollar). Bildirilib ki, iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün tez-tez qarşılıqlı səfərlərin təşkili, parlamentlərarası işçi qruplarının mütəmadi görüşlərinin keçirilməsi vacibdir.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, hər iki ölkənin diplomatları beynəlxalq konfranslarda, forumlada eyni mövqedən çıxış edirlər.
Malta Parlamentinin keçmiş sədri Mikael Frendo isə qeyd edib ki, 26 il parlament üzvü kimi çalışıb. Onun sədr olduğu dönəmdə Azərbaycan - Malta parlamentlərarası işçi qrupu yaradılıb: "Mən bilirdim ki, Azərbaycan gənc bir ölkə kimi çox inkişaf edib və ona görə də ölkənizlə əlaqələrimizin daha da dərinləşməsi üçün səylər göstərirdik. İndi isə iki ölkə arasında çox isti münasibətlər mövcuddur".
Qonaq, həmçinin vurğulayıb ki, Malta hökuməti Azərbaycanın bu ölkəyə investisiya yatırmasında çox maraqlıdır. Ona görə də istənilən sahədə əməkdaşlığa üstünlük verir: "Bu yaxınlarda Maltada qazla işləyən elektrik stansiyasının inşası barədə Azərbaycanın SOCAR şirkəti ilə razılıq əldə olunub. Ümid edirik ki, gələcəkdə bunların sayı daha da artacaq".
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
"Azərbaycan"
Foto F.BAĞIROVUNDUR
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!