30 Mart 2024 08:40
360
SİYASƏT
A- A+

Makron qlobal arenada özünü biabır edir

 

Fransa Prezidentinin Azərbaycan əleyhinə apardığı siyasət də fiaskoya uğrayır

 

Azərbaycanın haqlı qələbəsini həzm edə bilməyənlər arasında təbii ki, ölkəmizə qarşı aparılan kampaniyaların baş müəllifi olan Fransa ön sıradadır. Ən çox ermənipərəstliyi ilə seçilən bu ölkə hər addımda Azərbaycanla bağlı hansısa qərəzli, ədalətsiz sənədin qəbuluna çalışır, qarayaxma kampaniyaları aparır, bununla Azərbaycanı nüfuzdan salmağa  çalışır.
Vətən müharibəsindən sonra belə kampaniyalarla fəallıq nümayiş etdirən Fransanın məqsədinə çata bilməməsi isə onu daha da qəzəbləndirir və yeni yollar axtarışına çıxır. Bununla belə, Makron hakimiyyəti öz çirkin, qərəzli siyasətindən əl çəkə bilmir. Hətta Fransa cəmiyyətinin özü belə Makronun siyasətindən narazılıq edərək onun səylərinin uğursuz olduğunu bildirir. 
Son olaraq "Le Fiqaro" qəzetində yayımlanan məqalədə Makronun ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə lider olması, amma Fransanın təşəbbüslərinin nəticə verməməsi ilə bağlı fikirlər də əksini tapıb.
Milli Məclisin deputatı Vüqar İsgəndərov mövzu ilə əlaqədar "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və suverenliyini tam bərpa etməsi Ermənistanla bərabər onun böyük bacısı olan Fransanı da narahat edir. 
Onun sözlərinə görə, ermənidən çox erməni olmağa çalışan prezident Emmanuel Makron bu millitarist və qeyri-hüquqi siyasəti ilə yalnız Azərbaycanda və Qafqazda deyil, qlobal arenada da özünü biabır edir. "Azərbaycan qarşısında Fransanın aciz qalması, məqsədlərini həyata keçirə bilməməsi, həmçinin ölkəmizin dirəniş göstərməsi və beynəlxalq aləmdə Fransanın kolonialist siyasətini, qeyri-insani rəftarını, oradakı problemləri dilə gətirməsi, soyqırımı törətdiyi xalqlardan üzr istəməsini deməsi Fransanı daha çətin duruma salıb". 
Vüqar  İsgəndərov qeyd edib ki, Makron, əslində, erməni sevdalı olmasını zaman-zaman göstərməyə çalışır. Bunun arxasında isə ermənilərə olan sevgi deyil, daxili auditoriyaya hesablanan siyasət dayanır. Belə ki, Makronun seçicilərinin içində ermənilər çoxdur və onlarla münasibətlərini yaxşı saxlamaq, qayğılı davranmaq gələcəkdə arzularını reallaşdırmaq üçündür. 
E.Makronun Azərbaycan əleyhinə siyasətinin fiaskoya uğradığını deyən deputat bildirib ki, bu, Prezident İlham Əliyevin qətiyyəti, onun dünya siyasətini incəliklərinə qədər bilməsinin hesabınadır. "Makron artıq anlayır ki, Azərbaycan milli maraqlarına söykənən siyasət həyata keçirir və onu bu yoldan heç kim, heç nə çəkindirə bilməz. Ermənistanla sülh danışıqlarında ən böyük əngəllərdən olan Fransa və prezidentinin bu siyasəti heç bir fayda verməyəcək. Makron min kilometrlərlə uzaqda yerləşən Qafqaza soxulmaq cəhdləri, Ermənistanı silahlandırmaq əvəzinə, yaxşı olar ki, Fransanın daxili siyasətindəki boşluqları görsün, böyük ölkəsinin problemlərinin həlli üçün çalışsın", - deyə deputat əlavə edib. Vüqar  İsgəndərov vurğulayıb ki, Fransa prezidenti, hakimiyyəti bunu vaxtında anlayaraq bu siyasətdən əl çəkməlidir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video