21 Avqust 2025 00:26
14073
Fərmanlar
A- A+
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 234-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 234-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 234-VIIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858 (Cild I); 2024, № 5 (I kitab), maddələr 515, 529, № 7, maddə 797) 5.21.11-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"5.21.11. qazın saxlanmasına icazənin verilməsi;".

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; 2025, № 3, maddə 224, № 4 (I kitab), maddə 330, № 5, maddə 459, № 6, maddə 541) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nın 7-ci hissəsinin "Göstərdiyi xidmətlər" sütununun 14-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"14. qazın saxlanmasına icazə verilməsi".

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyul tarixli 1079 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 859 (Cild I)ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı"nın 8-ci hissəsi aşağıdakı redaksiyada verilsin:


 8.

Qazın saxlanmasına icazə

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 

8 iyul tarixli 234-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərmanın 1-3-cü hissələri 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti  


Bakı şəhəri, 19 avqust 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Amerikalı ekspert: WUF Azərbaycanın qlobal auditoriyaya ev sahibliyi etməsi üçün daha bir fürsətdir  

10:09
12 May

CNN: Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşünür

10:06
12 May

Tramp: Vens və Rubio ABŞ-nin növbəti prezident seçkiləri üçün güclü namizədlərdir

10:05
12 May

WSJ: BƏƏ İran ərazisinə bir neçə hava zərbəsi endirmiş ola bilər  

10:02
12 May

Kreml ümid edir ki, Ukrayna ilə əsir mübadiləsi tezliklə başa çatacaq

10:01
12 May

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

09:59
12 May

BBC: Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot edib

09:57
12 May

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

09:44
12 May

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

09:14
12 May

DİN: Qaradağda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar

09:04
12 May

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb  

18:37
11 May

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar  

18:13
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!