27 Fevral 2017 05:02
125
CƏMİYYƏT
A- A+
Lerikdə Xocalı soyqırımının qurbanları anıldı

Lerikdə Xocalı soyqırımının qurbanları anıldı

Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının iyirmi beşinci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Tədbir iştirakçıları öncə mədəniyyət evinin foyesində Xocalı soyqırımına həsr olunmuş kitab, jurnal və qəzetlərdən, rayon məktəblilərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxdılar.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər erməni işğalçıları və havadarları tərəfindən törədilən bu misli görünməmiş faciəni, dəhşətli hadisələri xatırlayaraq Azərbaycan xalqına və dövlətinə qarşı aparılan qanlı siyasəti qınayaraq lənətlədilər. Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətin, Heydər Əliyev Fondunun və dünyada fəaliyyət göstərən diaspor təşkilatlarının işindən bəhs etdilər. 10-dan çox dövlətin parlamentinin, ABŞ-ın 21 ştatının qanunvericilik orqanlarının, bir sıra beynəlxalq təşkilatların ali orqanları tərəfindən “Xocalı soyqırımı” haqqında qətnamələr qəbul edib bəyanatlar verməsini xatırlatdılar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətindən danışdılar.

Anım mərasiminin sonunda Xocalı soyqırımına həsr olunmuş “Xocalıyıq” sənədli-bədii filmi nümayiş olundu.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar  

16:45
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

16:45
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb  

16:44
03 Aprel

Donald Tramp Kir Starmeri yenidən tənqid edib

16:43
03 Aprel

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib  

16:42
03 Aprel

Baş prokuror Tərtərdə vətəndaşların müraciətlərini dinləyib  

16:41
03 Aprel

MDB İqtisadi Şurasında bir neçə sənəd qəbul edilib

16:40
03 Aprel

Ədliyyə naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

16:39
03 Aprel

Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaqlar  

16:38
03 Aprel

Ağdamda əmək yarmarkasında dəzgah operatoru üzrə vakansiyalar təqdim edilib  

16:37
03 Aprel

Hindistan vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq edilib  

16:36
03 Aprel

Macarıstandan Ukraynaya qaz nəqli gözlənilmədən kəsilib

16:32
03 Aprel

Qadın minaaxtaranlar son 3 ildə 700 hektar ərazini minalardan tam təmizləyiblər

16:31
03 Aprel

Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib

16:30
03 Aprel

Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır  

16:29
03 Aprel

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 340 minə yaxın turist gəlib

16:28
03 Aprel

Milli QHT Forumu və ANAMA yanında İctimai Şura mina təhlükəsi ilə bağlı Bəyanat yayıb

16:14
03 Aprel

Dünya bazarına neft nəqli üçün alternativ variantlar müzakirə olunur

16:08
03 Aprel

Ağ Ev 1,5 trilyon dollarlıq müdafiə büdcəsini təqdim edəcək

16:01
03 Aprel

Türkiyə jandarmeriyası C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişatı barədə  

15:49
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!