Lənkəranda yol infrastrukturunun yenidən qurulması davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqisadi inkişafı dövlət proqramları tərtib olunarkən yol infrastrukturunun inkişafına geniş yer verilib.
Ötən dövr ərzində ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da bu sahədə irimiqyaslı layihələr gerçəkləşdirilərək ümumi uzunluğu 200 kilometrədək olan şəhərdaxili küçələr, magistral və kəndlərarası yollar başdan-başa yenidən asfaltlanıb. Təkcə son illərdə rayonda 7 iri yol layihəsi həyata keçirilib. Koronavirus pandemiyasının yaratdığı labüd çətinliklərə baxmayaraq, cari ilin birinci yarısında Lənkəran və Liman şəhərlərində 8 küçə asfaltlanandan sonra rayonun ən böyük yaşayış məntəqələrindən olan Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən, yararsız vəziyyətə düşdüyündən sakinlərin narahatçılığına səbəb olan yol ağır texnikalar vasitəsilə hamarlanıb, bünövrəsi çınqılla möhkəmləndirilərək yenidən qurulub. Burada 3 min 200 kvadratmetr yol sahəsinə isti asfalt döşənib, yol çiyinləri yenidən qurulub, suötürücü qurğular quraşdırılıb və yol boyu abadlıq işləri görülüb. Qəsəbədə yol infrastrukturunun yenidən qurulması rayonda turizmin inkişafı baxımından da çox əhəmiyyətlidir. Belə ki, qəsəbənin Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yoluna bitişik ərazidə yerləşməsi və burada yeni istifadəyə verilmiş beynəlxalq əhəmiyyətli İstisu Müalicə və İstirahət Mərkəzinin fəaliyyət göstərməsi turizmin inkişafı üçün çox əhəmiyyətlidir və qəsəbəətrafı yolların asfaltlanması bu imkanları daha da genişləndirəcəkdir.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
29 Aprel
Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olunub ...
29 Aprel
İİB Türkiyəyə 6,3 milyard dollar ayıracaq
29 Aprel
Sabah bəzi dağlıq ərazilərə dolu düşəcək
29 Aprel
Prezidentliyə namizəd saxlanıldı - ABŞ-də
29 Aprel
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək
29 Aprel
İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq
29 Aprel
Sabah bəzi dağlıq ərazilərə dolu düşəcək
29 Aprel
Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb
29 Aprel
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!