25 Noyabr 2022 02:53
253
CƏMİYYƏT
A- A+

Lənkəranda şəhid polkovnik Emil Nəzirovun adına abidə kompleksi inşa olunub

 

Lənkəran rayonunun Viravul kəndində Sərhəd Qoşunlarının polkovniki, şəhid  Emil Nəzir oğlu Nəzirovun xatirəsinə inşa olunan abidə kompleksinin açılışı olub. 
Şəhərin və hüquq-mühafizə orqanlarının rəhbərlərinin, hərbçilərin, şəhidin ailə üzvlərinin, kənd sakinləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan igidlərin xatirəsinin birdəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra çıxışlar olub. Bildirilib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna əhəmiyyəti var. Şəhidin qardaşı Abbas Nəzirov isə çıxışında qazilərə və  şəhid ailələrinə göstərilən diqqətə görə təşəkkür edib. Mərasimin sonunda kənd tam orta məktəbi şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Qeyd edək ki, hər iki Qarabağ müharibəsinin iştirakçısı olan polkovnik Emil Nəzirov 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub. Polkovnik 
II Şəhidlər xiyabanında dəfn edilib. Emil Nəzirov sağlığında "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" I dərəcəli, III dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", 
I dərəcəli "Qüsursuz xidmətə görə", Silahlı Qüvvələrin 90 illik yubileyi, Silahlı Qüvvələrin 95 illik yubileyi, Sərhəd Mühafizəsinin 90 illik yubileyi, Sərhəd Mühafizəsinin 95 illik yubileyi, Sərhəd Mühafizəsinin 100 illik yubileyi, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

S.CAVADOV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video