29 Mart 2024 09:20
141
CƏMİYYƏT
A- A+

Lənkəranda "Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi"ndən danışılıb

 

Lənkəran ŞİH-in təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi" mövzusunda tədbir keçirilib. 
Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Ülviyyə Əliyeva, bələdiyyə sədrləri, bələdiyyələrin nəzdində yaradılan "Gender komissiyaları"nın sədrləri və üzvləri iştirak ediblər. 
Ü.Əliyeva iştirakçılara ölkədə gender siyasəti istiqamətində görülən işlər və qəbul edilən hüquqi aktlar barədə məlumat verib. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl olaraq davam etdirilir.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. 
Tədbirin keçirilməsində məqsəd "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunun 20-ci maddəsinin icrası ilə bağlı gender bərabərliyi komissiyalarının səmərəli işləməsi istiqamətində mövcud mexanizmlərin təkmilləşdirilməsi və işlərin davam etdirilməsi idi.

Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video