Lay sularının Xəzər dənizinə axıdılmasına və ekoloji tələblərə riayət olunmamasına görə idarə rəisi cəzalandırılıb
“Azneft” İstehsalat Birliyinin Neft Daşları neft və qazçıxarma idarələrinin (NQÇİ) ərazisindən Xəzər dənizinə lay sularının axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, mütəxəssislər tərəfindən “Azneft” İstehsalat Birliyinin Neft Daşları NQÇİ-nin ərazisində keçirilən monitorinq zamanı dənizin səthində neft ləkələrinin olduğu müşahidə edilib: “Lay sularının idarə olunması vəziyyətinin araşdırılması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və NQÇİ-nin mütəxəssislərindən ibarət yaradılan qrup tərəfindən bütün texnoloji proseslərə baxış keçirilib. Baxış zamanı müəssisədə formalaşan lay sularının düzgün idarə edilmədiyi, texnoloji proseslərdə nöqsanların olduğu müəyyən olunub”.
N.Mahmudov bildirib ki, texnoloji proseslər zamanı ekoloji tələblərə riayət olunmadığı üçün idarənin rəisi Cəfərov Balaəli 2500 manat məbləğində cərimə edilib.
İdarə rəsmisi onu da qeyd edib ki, bütün sistemin yenidən yoxlanılması və lay sularının düzgün idarə olunması üçün idarəyə müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın şimal-qərbində 2 terrorçu məhv edilib
29 Aprel
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
29 Aprel
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!