28 Mart 2024 16:36
228
DÜNYA
A- A+

Latviyanın xarici işlər naziri istefa verib  

 

Latviyanın xarici işlər naziri Krişyanis Karinş istefa verib və aprelin 10-da vəzifəsini tərk edəcək.

AZƏRTAC Latviya mediasına istinadla xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri Baş nazir Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb. Seym (parlament) aprelin 11-də yeni xarici işlər nazirinin namizədliyinə səs verəcək.

Məlumatlara görə, nazirin istefası Latviya nümayəndə heyətinin və Karinşin özünün Avropa İttifaqının konfranslarında iştirakı üçün uçuşlara böyük xərc çəkilməsi barədə yaranmış qalmaqalla bağlıdır. Bu xərclər dövlət büdcəsindən və Aİ büdcəsindən maliyyələşdirilib və digər üzv ölkələrlə müqayisədə ən böyük məbləğ olub.

Latviya Baş prokurorluğu araşdırmaya başlayıb və sonra işi korrupsiyaya qarşı mübarizə bürosuna verib.

Krişyanis Karinş xarici işlər naziri postuna 2023-cü ilin iyulunda təyin edilib, 2019-2023-cü illərdə isə Latviyanın Baş naziri vəzifəsində çalışıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video