Latviya Prezidenti Egils Levits ADA Universitetində tələbələrlə görüşüb
Martın 9-da Latviya Respublikasının Prezidenti Egils Levits ADA Universitetinin tələbələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev Latviya Prezidentinin ADA-ya səfərindən məmnunluğunu bildirib. ADA Universitetində latviyalı tələbələrin təhsil aldığı, eyni zamanda, Latviyada azərbaycanlı tələbələrin uğur qazandığı qeyd olunub. Hər iki ölkə arasında bir çox sahədə yaxşı əlaqələrin olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, Azərbaycan və Latviyanın tarixində də bənzərliklər mövcuddur. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə inam ifadə olunub. Görüşdə, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulub.
Latviya Prezidenti Egils Levits çıxış edərək deyib ki, hazırda dünyada bir çox müharibə və münaqişələr mövcuddur. Baş verən bu hadisələrin dünyada inkişafa mənfi təsir göstərdiyini, bir çox təşkilatların böhranlardan çıxmaq üçün müxtəlif həll yolları axtardığını qeyd edən Egils Levits Ukrayna-Rusiya münaqişəsi haqqında da fikirlərini bölüşüb. Latviyanın xarici siyasətinin beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə olan hörmətə əsaslandığını söyləyən Prezident Latviyanın Ukraynaya əsassız hərbi təcavüzü pislədiyini, Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəklədiyini qeyd edib.
Azərbaycan və Latviyanın Sovet İttifaqı dövründən başlayan münasibətlərindən danışan E.Levits hazırda da ölkələrimiz arasında bir çox sahədə əməkdaşlığın uğurla davam etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Ermənistan-Azərbaycan münaqişəsinin tam başa çatması, regionda sabitliyin bərpası üçün sülh sazişinin imzalanması vacibdir və Latviya hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcək.
Sonda yerli və xarici tələbələri maraqlandıran suallar cavablandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq ...
20 Aprel
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
20 Aprel
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
20 Aprel
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib
20 Aprel
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
20 Aprel
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!