10 Dekabr 2025 12:55
132
İQTİSADİYYAT
A- A+
Laosun xarici işlər naziri: Azərbaycanla dostluğun kökləri ötən əsrə söykənir  

Laosun xarici işlər naziri: Azərbaycanla dostluğun kökləri ötən əsrə söykənir  


Azərbaycanın Laosda akkreditə olunmuş səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Laosun paytaxtı Vyentyan şəhərində rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın və Laosun Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə bu ölkədə səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Laosun xarici işlər naziri Sonqsavan Fomvihon, texnologiya və rabitə naziri Vonqdara Bovienqkham, ictimai işlər və nəqliyyat naziri Leklay Sivilay, Laos Mərkəzi Bankının sədri xanım Bounkham Voraçit, Laosun dövlət qurumlarının yüksəkvəzifəli rəsmiləri, Bakıda təhsil almış laoslulardan ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının rəhbərliyi və üzvləri, səfirlər, iş adamları, ictimaiyyət nümayəndələri, Laosdakı soydaşlarımız iştirak ediblər.

Azərbaycanın və Laosun Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Elnur Məmmədov iki ölkə arasında diplomatik əlaqələrin 30 yaşının olmasına baxmayaraq, xalqlarımız arasında dostluğun daha böyük tarixi olduğunu bildirib, hələ sovet dövründə Bakıda neft mühəndisliyi, tibb, iqtisadiyyat və digər sahələr üzrə təhsil alan təxminən 2 min laoslunun iki ölkə arasında dostluq körpüsü qurduqlarını deyib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1986-cı ildə sovet nümayəndə heyətinin rəhbəri kimi Laosa rəsmi səfərini xatırladaraq, həmin səfərin iki xalq arasında dostluğun möhkəmlənməsindəki böyük rolundan danışıb.

E.Məmmədov vurğulayıb ki, ötən 30 ildə Azərbaycan və Laos həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığı davamlı olaraq genişləndiriblər. Ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlarda, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birini dəstəkləyir.

Ötən il Rusiyada keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulitin görüşünü yada salan E.Məmmədov dövlət başçılarının iki ölkə münasibətlərinin müxtəlif sahələrdə inkişafını müzakirə etdiklərini deyib.

“Azərbaycan Laos ilə münasibətləri yüksək qiymətləndirir. Biz Laosun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə prinsipial dəstəyini yüksək qiymətləndiririk”, - deyən nazir müavini əlavə edib ki, Azərbaycan regional və qlobal çərçivələrdə Laosun inkişaf prioritetlərinə davamlı dəstək göstərir.

Ölkələrimiz arasında dostluğun köklərinin ötən əsrə söykəndiyini vurğulayan Laosun xarici işlər naziri Sonqsavan Fomvihon qeyd edib ki, hələ sovet dövründə Azərbaycanda təhsil alan laoslular ölkələrinə mütəxəssis kimi qayıdaraq, müxtəlif sahələrdə Laosun inkişafına töhfələr veriblər. Onlar arasında rəhbər vəzifələrdə çalışanlar da olub.

Nazir iki ölkə arasında yüksəksəviyyəli rəsmi səfərlər zamanı əlaqələmizin genişləndirilməsinə dair müzakirələrin aparıldığını, Laosda keçirilmiş ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yol açacağını deyib.

Tədbirdə Azərbaycana dair videoçarxlar nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib  

14:21
10 Dekabr

Astanada türk dövlətlərinin məhkəmə sistemləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur  

14:19
10 Dekabr

Bakı-Bratislava münasibətləri: Mərkəzi Avropa Azərbaycanla strateji tərəfdaşlıq mərhələsinə keçir  

13:47
10 Dekabr

Elektromobil: zərurət yoxsa tələbat?  

13:21
10 Dekabr

Sabah səhər yağıntılar tədricən kəsiləcək  

13:20
10 Dekabr

Azərbaycandan Suriyaya indiyədək 366 milyon kubmetr qaz tədarük edilib  

13:19
10 Dekabr

Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsindəki rəqibləri müəyyənləşib  

13:18
10 Dekabr

Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği müəyyənləşib 

13:17
10 Dekabr

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisini qəbul edib  

13:14
10 Dekabr

ABŞ-ın Ukrayna ilə bağlı təkliflərinin təfərrüatları aydın olub  

13:13
10 Dekabr

İstanbulda Azərbaycan-Türkiyə energetika nazirlərinin görüşü olub  

13:12
10 Dekabr

Nazir müavini: Müharibə veteranlarının məzuniyyət hüququ minimum 46 gün müəyyənləşdirilir  

13:12
10 Dekabr

Yaxın gələcəkdə Azərbaycanda 500 Mbit/s və daha yüksəksürətli internetin təmin olunması planlaşdırılır

13:10
10 Dekabr

Laosun xarici işlər naziri: Azərbaycanla dostluğun kökləri ötən əsrə söykənir  

12:55
10 Dekabr

TÜİB sədri: Azərbaycan Orta Dəhlizdə əsas açar ölkəyə çevrilir  

12:53
10 Dekabr

Heydər Əliyev Mərkəzində "Mədəniyyət və Hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forumun açılışı olub

12:47
10 Dekabr

Bu ilin 11 ayında DSMF-nin xərcləri 6 milyard 885 milyon manat olub  

12:43
10 Dekabr

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının ətraf mühitin mühafizəsi üzrə İşçi Qrupunun iclası keçirilir  

12:32
10 Dekabr

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

12:31
10 Dekabr

“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb  

12:29
10 Dekabr

Media: Avropa İttifaqı Rusiya aktivlərinin müddətsiz dondurulması üçün tələsir  

12:27
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!