24 Aprel 2026 13:43
164
CƏMİYYƏT
A- A+
Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib


Məlum olduğu kimi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlət başçısının 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə aidiyyəti dövlət qurumlarından ibarət Komissiya yaradılıb.

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunmaqla, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir.

Bu baxımdan, əsas diqqət göstərilən istiqamətləri Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları, Araz çayı üzərində yerləşən kaskad tipli Araz-Xudafərin-Qız Qalası su anbarları və əsasən Samur çayından qidalanan kaskad tipli Taxtakörpü-Ceyranbatan su anbarları sistemləri təşkil edir.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, aprelin 23-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib və iclasda gündəlikdə olan digər məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, cari ilin gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.

Son vaxtlar Kür çayı üzrə su ehtiyatlarının artması ilə bağlı bildiririk ki, illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər (aprel, may və iyun ayları) nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində Kür çayı üzərində yerləşən su anbarları sistemi Komissiya tərəfindən nəzarətdə saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.

İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları olan Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər çaylarda sululuğun artması, çayətrafı rayonlardakı mövcud vəziyyət, fəsadlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib.

Hazırda müşahidə olunan su səviyyəsi artımının hidrometeoroloji şəraitlə bağlı olduğu, lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşayiət olunduğu bildirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rayonlarda yerləşən yerli istismar idarələrinin digər aidiyyəti qurumlarla birlikdə gücləndirilmiş iş rejimində işlədiyi, vəziyyətin ciddi nəzarətdə saxlanıldığı, izafi su həcmlərinin maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün müvafiq tədbirlər görüldüyü qeyd edilib.

Sonda Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gursululuq dövründə su və su təsərrüfatı obyektlərində təhlükəsiz su axınının təmin olunması və ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsi təqdir edilib

16:06
24 Aprel

Müşfiqabadda irimiqyaslı ağacəkmə aksiyası keçirilib

15:46
24 Aprel

Nazir Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib

15:43
24 Aprel

Füzulidə 240 yerlik körpələr evi-uşaq bağçası açılıb

15:42
24 Aprel

Astanada “RES 2026 EXPO” beynəlxalq sərgisi başa çatıb

15:41
24 Aprel

“İnnovativ potensial: əqli mülkiyyət+intellekt” mövzusunda dəyirmi masa təşkil edilib

15:39
24 Aprel

Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

15:37
24 Aprel

İran aprelin 25-dən beynəlxalq uçuşları bərpa edəcək  

15:27
24 Aprel

XİN: Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcək  

15:26
24 Aprel

Səhiyyə Nazirliyi: Ağalıda təxminən 80 nəfər tibbi aksiyadan faydalanıb

15:25
24 Aprel

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub

15:24
24 Aprel

Orta Dəhliz ölkələrinin 2026-cı il üçün fəaliyyət planı təsdiq edilib

15:22
24 Aprel

Elm, texnologiya, sahibkarlıq və istehsalın bir-biri ilə sıx bağlı olması ekosistemin innovativliyinə təsir edir  

15:21
24 Aprel

Nazirlik: İki minə yaxın şəxsə birdəfəlik maddi yardım ödəniləcək

15:20
24 Aprel

Akademik: Süni intellekt texnologiyaları inşaat arxitekturası ilə rəqəmsal arxitekturanın birgə mövcudluğunu zəruri edir  

14:38
24 Aprel

Qida zənciri obyektlərinin standartlara uyğun tikintisi ilə bağlı təcrübələr təhlil olunub

14:27
24 Aprel

ABŞ Prezidenti Britaniyaya xəbərdarlıq edib

14:21
24 Aprel

Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb  

14:19
24 Aprel

Tramp: Böyük Britaniya adından Şahzadə Harridən çox mən danışıram

14:19
24 Aprel

Hərbi Prokurorluq və MMU arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb  

14:01
24 Aprel

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib

13:43
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!