04 Fevral 2024 10:00
1006
İQTİSADİYYAT
A- A+
Külək də təbii sərvətimizmiş...

Külək də təbii sərvətimizmiş...

 

"Yaşıl enerji" sayılan bu sərvətə indi daha çox ehtiyac var

 

Bakını küləklər şəhəri adlandırırlar. Paytaxt sakinləri güclü küləyin onlara bəzən rahatsızlıq gətirdiyini də deyirlər. Küləyə başqa bir rakursdan yanaşdıqda isə o, əslində, böyük bir sərvətdir. Belə ki, bu təbiət hadisəsi həm də elektrik enerjisi mənbələrindən biridir.
Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı hesabata görə, Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə dünyada Avstraliyadan sonra 2-ci ölkədir. Azərbaycandan sonra isə bu siyahıda Şri-Lanka və Türkiyənin adı yer alıb.
Dövlətimizin "yaşıl enerji" ilə bağlı xüsusi strategiyasında külək enerjisi istehsalının da önəmli yer tutması təsadüfi deyil. Qiymətləndirmələr göstərir ki, küləyin sürəti saniyədə 3-4 metr olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti saniyədə 11 metrdir. Bundan başqa, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarında da küləkdən elektrik enerjisi alınması potensialı böyükdür. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik sürəti saniyədə 7-8 metr təşkil edir. Deməli, külək enerjisindən istifadə imkanlarımız genişdir. Odur ki, işğaldan azad olunmuş ərazilərimiz - 10 min kvadratkilometr sahə, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan edilib. Təkcə düşmən tapdağından azad etdiyimiz əraziyə daxil olan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. 
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması məqsədilə Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb. Məlumatda vurğulanır ki, bu ərazilərdə külək enerjisi potensialından səmərəli istifadə olunması üçün enerji idarəetməsində müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanması planlaşdırılır. 
Üstəlik, bizim Xəzər dənizi kimi nəhəng bir enerji mənbəyimiz var. Belə ki, Xəzərdə külək enerjisi potensialı 157 qiqavatdır.
Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını dövlət tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul olunan "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" təşkil edir. Beş milli prioritetdən biri olan təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Bundan başqa, elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda nəzərdə tutulur.
Ölkəmiz bu hədəflərə doğru inamla irəliləyir. Bu baxımdan tikilməkdə olan "Xızı-Abşeron" külək stansiyası xüsusi əhəmiyyət kəsb edir. Hələ 2020-ci il yanvarın 9-da Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında İcra müqaviləsi imzalanmışdır. Müqaviləyə uyğun olaraq "ACWA Power" şirkəti tərəfindən 240 MVt gücündə külək-elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə həmin il dekabrın 30-da Energetika Nazirliyi və "Azərenerji" ASC ilə stansiyanın layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanmışdır. 
Stansiyanın təməli 2022-ci il yanvarın 13-də Xızı rayonunun ərazisində  qoyuldu. Bu, ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən ilk sənaye həcmli bərpaolunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda Xızı rayonunun ərazisində yerləşən 50 MVT gücündə "Yeni Yaşma" Külək-Elektrik Stansiyasında 20 külək turbini var və onların hər birinin gücü 2,5 MVT-dır. Bu layihədə isə təxminən 37 külək turbini olacaq və hər biri 6,5 MVT gücündə planlaşdırılıb.
Layihənin investisiya dəyəri 300 milyon dollar həcmində qiymətləndirilir. Təbii ki, belə böyük həcmdə özəl investisiyanın cəlb olunması Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Ölkəmizdə iqtisadi sabitlik və əlverişli investisiya mühiti sərmayədarlarda böyük inam yaradır. Nəticə etibarilə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən bərpaolunan enerji sahəsinə özəl investisiyalar yatırılır.
"Xızı-Abşeron" stansiyasinda ildə 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, bu da təxminən 300 min evin elektrik enerjisi ilə təmini deməkdir.
Bir sözlə, layihənin müxtəlif istiqamətlərdə üstünlükləri var. Bunlardan biri enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə kimi qeyd edə bilər. Belə ki, enerji mənbələrinin şaxələndirilməsi enerji təhlükəsizliyinə təkan verən əsas amillərdən biridir. Ölkəmizdə hazırda təbii qaz əsaslı ənənəvi elektrik stansiyaları, su-elektrik stansiyaları və günəş-elektrik stansiyaları fəaliyyət göstərir. 
240 MVT-lıq külək-elektrik stansiyası məhz diversifikasiyaya imkan verəcək.
Bu layihənin həyata keçirilməsi ilə ildə atmosferə atılan 400 min tondan artıq karbon qazı emissiyasının qarşısı alınacaq. Bu da təbii ki, ekoloji baxımdan əhəmiyyət daşıyır. Həmçinin ildə 200 milyon kubmetr qaza qənaət ediləcək. Beləliklə, layihə ekoloji faydaları ilə qlobal iqlim hədəflərinə yaxınlaşmağa kömək edəcək.
Layihə həmçinin xarici investorlarla iş təcrübəsinin daha da artırılmasına imkan verir. Sosial üstünlükləri isə odur ki, stansiyanın istər tikinti, istərsə də istismar dövründə yeni iş yerləri açılacaq, yeni istehsal və xidmət sahələri yaradılacaq. Bundan əlavə, layihə sözügedən sahədə yerli ixtisaslı kadr potensialının formalaşmasına da dəstək verəcək.
Gerçəkləşən bərpaolunan enerji layihələri Azərbaycanın "yaşıl enerji"nin təchizatçısına çevrilmək planlarının tərkib hissəsidir. Planlar geniş, işlər çoxşaxəlidir. "Yaşıl dünya naminə həmrəylik ili" ölkəmizi bu sahədə qarşıya qoyduğu hədəflərə çatmağa daha da yaxınlaşdırır. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!