28 Mart 2024 22:16
123
DÜNYA
A- A+

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

 

Korsika parlamenti adanın muxtariyyətinə dair qanun layihəsini qəbul edib. AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, 6 maddədən ibarət sənəd 3 hissəyə bölünərək səsverməyə çıxarılıb. Qanunun birinci maddəsinə görə, Korsikanın Fransa hüdudları daxilində muxtariyyəti tanınır, icmanın tarixi, linqvistik və mədəni xüsusiyyətləri nəzərə alınır. 63 deputatdan 62-si bu maddənin lehinə səs verib.

Digər maddələr normativ hüquqlara, sığorta və digər məsələlərə həsr olunub. Bu maddələr də səs çoxluğu ilə qəbul edilib. Lakin müstəqillik tərəfdarı Nasione (Nazione) partiyası qanun layihəsinin əleyhinə çıxıb. Partiyanın Korsika parlamentindəki yeganə deputatı Jozefa Ciakometti Piredda (Josepha Giacometti Piredda) bütün maddələrin əleyhinə səs verib. Xanım deputatın fikrincə, Parisdə, daxili işlər naziri Jerar Darmaninin rəhbərliyi altında hazırlanmış qanun layihəsi irəliyə doğru addım deyil, buxovdur. Məqsəd Konstitusiya baxımından əhəmiyyət daşımayan məsələləri rəsmiləşdirməkdir.

Sənəd qanuni qüvvəyə minməsi üçün Fransa parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video