Koronavirusa qarşı immunitetin formalaşdığı dövrdə digər xəstəliklərə qarşı peyvənd vurdurmaq məsləhət deyil
Koronavirusa qarşı immunitetin formalaşdığı postvaksinal dövrdə digər xəstəliklər əleyhinə peyvənd vurdurmaq məsləhət deyil.
Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov AZƏRTAC-a bildirib ki, koronavirusa qarşı immunitet ikinci doza vaksin vurdurduqdan təxminən 4 həftə sonra yaranır: “Ümumiyyətlə, COVID-19 əleyhinə I və II doza vaksinlərin vurulması arasındakı təxminən 1 aylıq müddətdə digər peyvəndlərin tətbiqi məsləhət görülmür. Ciddi ehtiyac yarandıqda isə digər vaksinlərin istifadəsi koronavirusa qarşı II doza peyvəndləmədən 2 həftə sonra mümkündür”.
Həkimin sözlərinə görə, qrip, pnevmokok, hepatit A, B və digər bütün infeksiyalara qarşı vaksinlər yalnız kəskin infeksion xəstəliklər olmadıqda vurula bilər: “Lakin vaksinlərin fərqli postvaksinal immunitet yaratma xüsusiyyətləri var. Yəni, immunitet yaratma gücü vaksinin növünə görə dəyişir. Bu səbəbdən, peyvəndin vurulacağı vaxtı onun növünə görə daha dəqiq təyin etmək olar. Həmçinin digər vaksinin viral yoxsa bakterial infeksiya əleyhinə olacağını da müəyyən etmək lazımdır”.
R.Bayramov bildirib ki, vərəm və su çiçəyi kimi xəstəliklərə qarşı tətbiq edilən canlı peyvəndlər isə yalnız bir dəfə doğum evində, körpənin 4-7-ci günündə vurulur: “Nazirlər Kabinetinin təsdiq etdiyi cədvələ əsasən, ölkəmizdə 18 yaşdan yuxarı şəxslər üçün planlı olaraq peyvəndləmə aparılmır. Hazırkı qaydalara əsasən, koronavirus əleyhinə vaksinlər də yalnız 18 yaşdan yuxarı şəxslərə vurulur”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!