22 Aprel 2026 13:36
162
CƏMİYYƏT
A- A+
Komitə rəsmisi: Uşağın mənafeyinin üstün tutulması prinsipi bütün tədbirlərin mərkəzində dayanmalıdır  

Komitə rəsmisi: Uşağın mənafeyinin üstün tutulması prinsipi bütün tədbirlərin mərkəzində dayanmalıdır  


Türkiyənin Ankara şəhərində “Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda konfrans davam edir.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi və mətbuat katibi Teymur Məmmədov konfrans çərçivəsində keçirilən “Uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsi üçün hüquqi və siyasi çərçivələr” adlı panel müzakirəsində çıxış edərək rəqəmsal texnologiyaların sürətli inkişafından qaynaqlanan risklərdən danışıb.

Onun sözlərinə görə, maarifləndirmə də əsas istiqamətlərdən biridir. Uşaqların, valideynlərin və müəllimlərin rəqəmsal savadlılığının artırılması risklərin qarşısının alınmasında mühüm rol oynayır. Bu istiqamətdə Azərbaycan Respublikasının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanununun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan natiq qeyd edib ki, qanun uşaqların fiziki, psixoloji və mənəvi inkişafına zərər verə biləcək informasiyadan qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edir. Eyni zamanda, uşağın mənafeyinin üstün tutulması prinsipi bütün tədbirlərin mərkəzində dayanmalıdır.

Monitorinq və qiymətləndirmə mexanizmlərinin gücləndirilməsi də vacibdir. Qəbul edilən siyasətlərin təsiri mütəmadi ölçülməli, mövcud boşluqlar operativ şəkildə aradan qaldırılmalıdır. Bununla yanaşı, rəqəmsal mühit sərhəd tanımadığından beynəlxalq əməkdaşlıq da bu sahədə mühüm rol oynayır.

“Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” və “Uşaq hüquqları haqqında” Qanun bu sahədə sistemli yanaşmanı gücləndirir. Güclü qanunvericilik, effektiv icra, geniş maarifləndirmə və çoxtərəfli əməkdaşlıq birlikdə tətbiq olunduqda uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür”, - deyə o qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniya ilə nəqliyyat, infrastruktur və mühəndislik sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

15:41
22 Aprel

Latviya Prezidentinin şərəfinə rəsmi lanç 

14:49
22 Aprel

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

14:42
22 Aprel

Maliyyə icarəsi fəaliyyəti Mərkəzi Bankın nəzarətinə veriləcək

14:38
22 Aprel

I rübdə azad olunmuş ərazilərə xərclənən vəsaitin 7 faizi turizm infrastrukturunun yaradılmasına yönəldilib  

14:37
22 Aprel

“Maliyyə icarəsi haqqında” yeni Qanun layihəsi hazırlanıb

14:36
22 Aprel

Yeni Azərbaycan Partiyası MSK-ya namizədlərini müəyyənləşdirib

14:36
22 Aprel

İrandan BƏƏ ərazisinə 2800-dən çox raket və dron atılıb

14:35
22 Aprel

Latviya Prezidenti: Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq  

14:25
22 Aprel

Prezident İlham Əliyev: Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq  

14:22
22 Aprel

Ukrayna XİN: Zelenski Rusiya və Belarus istisna olmaqla, istənilən yerdə Putinlə görüşməyə hazırdır  

14:21
22 Aprel

Kasım-Jomart Tokayev: Aral dənizi irrasional siyasətin nəticələrinin bariz xatırlatmasıdır  

14:19
22 Aprel

Prezident Edqars Rinkeviçs: Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir  

14:13
22 Aprel

Tahsin Ertuğruloğlu: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarıq

14:07
22 Aprel

Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir  

14:01
22 Aprel

Prezident İlham Əliyev latviyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb  

13:53
22 Aprel

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

13:46
22 Aprel

Azərbaycan-Latviya sənədləri mübadilə edilib - YENİLƏNİB

13:39
22 Aprel

Komitə rəsmisi: Uşağın mənafeyinin üstün tutulması prinsipi bütün tədbirlərin mərkəzində dayanmalıdır  

13:36
22 Aprel

Asiya ölkələrində Hörmüz böhranı dərinləşir

13:27
22 Aprel

Birinci rübdə dövlət büdcəsinin icrasında profisit qeydə alınıb

13:21
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!