14 Yanvar 2026 14:08
142
CƏMİYYƏT
A- A+
Kiberpolis sosial şəbəkələrdə 150-dən artıq profilə müdaxilə edən hakeri saxlayıb VİDEO  

Kiberpolis sosial şəbəkələrdə 150-dən artıq profilə müdaxilə edən hakeri saxlayıb VİDEO  


Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsi barədə məlumatlar daxil olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov kiberpolis tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Z. Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya “bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı” barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib. Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z. Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Z. Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, bank əməkdaşları və ya digər qurumlar tərəfindən heç bir halda kart məlumatları, PIN, “OTP və bu kimi digər təhlükəsizlik kodları tələb edilmir. Belə müraciətlərlə qarşılaşan şəxslərə dərhal əlaqəni dayandırmaq, mesajları cavabsız saxlamaq və polisə məlumat vermək tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır  

16:11
14 Yanvar

NASA-nın Ay missiyasında yeni dövrü  

16:09
14 Yanvar

Bu il qlobal neft təklifi sutkada 107,6 milyon barel təşkil edəcək  

16:08
14 Yanvar

“Apolitical” platforması Azərbaycanın sosial sahədə rəqəmsal uğurlarına dair məqalə dərc edib  

16:07
14 Yanvar

Mədəniyyət naziri Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib  

16:06
14 Yanvar

Azərbaycanın su təhlükəsizliyi siyasətində yeni strateji mərhələ  

15:58
14 Yanvar

Vyanada “Türk həftəsi” çərçivəsində qala-konsert keçirilib  

15:53
14 Yanvar

Qazaxıstan XİN Qara dənizdə tankerlərə hücumla bağlı narahatlığını bildirib  

15:47
14 Yanvar

Müdafiə Nazirliyi və Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb  

15:41
14 Yanvar

bp Xəzərdə qazma məhlullarının təkrar emalı üçün innovativ yanaşma tətbiq edir

15:27
14 Yanvar

Qlobal neft təklifi tələbi üstələməyə davam edəcək  

15:21
14 Yanvar

ABŞ Yaxın Şərqdəki aviabazalarından hərbçilərin təxliyəsinə başlayıb  

15:15
14 Yanvar

Finlandiyada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək  

15:09
14 Yanvar

Ağdərə şəhərinin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq  

14:28
14 Yanvar

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir  

14:17
14 Yanvar

“Bitcoin”in qiyməti iki ayın ən yüksək səviyyəsindədir  

14:16
14 Yanvar

Ötən il Azərbaycanın ixrac və idxal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb  

14:10
14 Yanvar

Fransada fermerlər “İlbiz əməliyyatı” həyata keçirib, yolu bağlayıblar  

14:09
14 Yanvar

Qlobal miqyasda elektromobillərin satışı rekord göstəriciyə çatıb  

14:08
14 Yanvar

Kiberpolis sosial şəbəkələrdə 150-dən artıq profilə müdaxilə edən hakeri saxlayıb VİDEO  

14:08
14 Yanvar

Azərbaycanda Günəş və külək enerjisi istehsalı 27 faizədək artıb  

14:07
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!